bloqosfer Etiket Arxivləri:

Camaatın bloqu və ya yanvar ayının ən yaxşıları

blogger-azerbaijan-january-2016--

Google Chrome-da ən bəyəndiyim cəhət onun extensions adlanan əlavələridir. Mənə xüsusən Pushbullet tətbiqetməsinin, bir də tvitter lentamın oxunmasında çox kömək olurlar müvafiq əlavələr. 3-4 gün əvvəl təsadüfən qarşıma  «SimilarWeb» deyə bir əlavə çıxdı. Ekranda açıq olan saytın statistikalarını bir düymə ilə sizə göstərir. Dedim xeyli xub. Mənə də elə bu lazımdır.  Bu «SimilarWeb»i (rəsmi saytı: http://www.similarweb.com/) bir az eşələdim, gördüm yaxşı funksiyaları var. Eləmədim tənbəllik dedim görüm  bizim bloqçuların statistikaları necədir, görəsən? Alibaba kimi «SimilarWeb» tərəzisinin altına bir mum yapışdırıb getdim facebookdakı Bloqer Azərbaycan qrupundakı qonşuların qapısına. Bəli 3-4 gün əvvəl, çünki son 3-4 gün ərzində bütün fikrimi Macarıstan və Budapeşt haqqındakı200 forint” videobloq layihəmə cəmləmişdim.

Oxumağa davam et

2 Şərh

Kateqoriysı Ümumiyyətlə,

Unibank: “Nə üçün bloqçular?”

Vaxt qıtlığından bu məqaləni indi yazası oluram. Sizə bankçılıqdan, informasiya əsrində yaşadığımızdan danışmayacam, bu haqda yazaraq giriş də verməyəcəm, inşa yazmıram ki. Sual sadədir: “Unibank niyə bloqçulara dəstək olmalıdı?” Eşitdiyimə görə Unibank bir dəfə də Barcamp-a sponsorluq edib. Üstə gəlsək bu dəfə də Bloqosferə dəstək oldu, deməli, qarşılıqlı etimad, etibar var. Deməli, Bloqosfer bloqlara və yeniliklərə qiymət verməyi bacaran sponsoru tanıyır, daha vacibi Unibank da kimi dəstəkləməyi bilir.

İndi gəlin fikirləşək, Unibank bir dəfə riskə gedib – ki bu riskə “risk management”lə gedib – Barcamp-a sponsorluq edib və Unibankın menecerlərinin riski özünü doğrultduğundandı ki, Unibank ikinci dəfə bloqçuları, hətta daha irəli gedərək yeni media mütəxəssilərini ətrafına yığan daha mötəbər tədbir olan Bloqosfer 2010-na sponsorluq edib. Belə olanda Unibankı sual qarşısında qoymağa məcbur oluram: “Niyə də yenə yox?”

Başqa cəhətdən yanaşaq. Unibank kimə dəstək olur? Bloqçulara? Bloqçu kimdi? Bloqçu fikrini sərbəst ifadə edən, ətrafında onun məqlələrini oxuyan, onun fikirlərini paylaşan, fikirlərinə dəyər verən oxucu əhatəsinə biridi.

Adi bir misal çəkim: Tutalım mən Unibankdan bu 100 AZN-lik kartı udsam, bu həm bloqçular arasında yayılacaq, həm də mənim ətrafımdakı geniş şəbəkəmdə (təbi ki bloqumda da). Bloqçuları bir yana, təkcə mənim yaxınlarım bilsə ki, mən bu kartı heç bir tanışsız-tunuşsuz Unibankdan qazanmışam, avtomatik onlarda Unibanka qarşı bir istilik yaranacaq, inamları artacaq, gələcəkdə hansısa banka üz tutmaq istədikdə ilk etibar edə biləcəkləri bank kimi Unibank ağıllarına gələcək, özlərinə daha yaxın biləcəklər Unibankı. Yəni bu cür üstünlük qarşısında hansı bank bloqçuları (və yaxud da məni:)) ) dəstəkləmək istəməz?! 😉

Yazının şəklini də yaddan çıxarmayın ;))

5 Şərh

Kateqoriysı Günü-gündən...

Bloqosfer haqda uzun xülasə

Əslində Bloqsfer 2010 haqda yazılan yazılar içərisində forumdada iştirak etməyənlərin yazılarının daha çox ortalıqda səslənməsini qeyd edərək yazıya başlamaq heç ürəyimdən deyil, amma, fikrimcə, bu məsələ sovuşmaq üzrədi və bundan sonra ya da elə bu yazıyla bərabər Bloqosfer 2010 haqqında, məhz haqqında yazılan yazılar daha çox yaxşı mənada gözlərimizi yorar. Bloqçuluğun nə olması barədə isə sonra yazacam.

Yola düşürük…

Səhər Nabrana yola düşəndə mikroavtobus ətrafı tanıdığım yeganə insan Samir Qədirov idi, bir də Əziz. Sakit oturmuşdum ən küncdə, nə mahnıya qulaq asmağa həvəs var idi, nə söhbət eləməyə. Sürücü dilxor eləmişdi məni. Zalımoğlu elə bil Nabrana banderol çatdırmalıdı, 10 dəqiqə geciksə başını kəsib kəlləpaşa eləyəcəklər, qısası sürücü özünü Formula 1 pilotu zənn edəcək dərəcədə sürürdü. Şumaxer qələt edər iki maşının yanyana güclə getdiyi yolda saatda 100dən çox sürətlə əlini ruldan götürüb sürməyə. Ataş bacarırmış da. Samirgil də qabaqda mahnı oxumaqla başlarını qatırdılar =) Hər nəysə, Atlantın darvazasından keçəndə üəyimdə “Şükür, salamat çatdıq” deyib, düşdüm.

Avtobusdan düşürük…

İlk anda avtobusdakı hamıya ləzzət eləyən bir şey oldu, Oxumağa davam et

10 Şərh

Kateqoriysı Günü-gündən...

Bloqosfer`ə gedirəm!

bloqosfer

Bir şərh yazın

Kateqoriysı Kateqoriyasız