Instagram giveaway-ləri brend səhifələrinə necə təsir edir

instagram giveaway

Son dövrlərdə sosial mediada, xüsusilə Instaqram-da səhifələrin rəqəmlərini qaldırmaq üçün giveaway-lərdə iştirak etmək çox dəbdədir. Instaqram-da Facebook-dakı kimi “page like” reklamları qoymaq mümkün olmadığından səhifə izləyicilərinin sayını ən asan qaldırmaq üsulu bu müsabiqələrdir. Bəs bu müsabiqələrin brendlərin səhifəsinə təsiri nə qədər müsbətdir, bu sual altındadır. Bu məsələdən danışaq. Oxumağa davam et

Bir şərh yazın

Kateqoriysı Biznes, Marketinq

Sosial mediadan ünvanına çatmayan mesaj

Bu dəfə sosial media menecmentindəki “kreativlik klişesi”ndən yazmaq istəyirəm. Məntiqlə kreativlik klişe olmamalıdır, amma çox şeydə olduğu kimi kreativlik də bizim bazarda öz mahiyyətini dəyişir. Dəyişib olur “adidən bir az fərqli”. “Kreativlik klişesi” mesaj ötürməyən və fərqli olduğu iddia edilən kontentə deyirəm. Oxumağa davam et

Bir şərh yazın

Kateqoriysı Marketinq

KORPORATIV SOSİAL MƏSULİYƏT – STRATEJİ KSM (2-ci hissə)

strateji ksm

 

Əvvəlki yazıda klassik korporativ sosial məsuliyyət konseptinin əsası və onun çatışmazlıqları haqda, həmçinin ona alternativ kimi təklif edilmiş “3 sahəli model” haqda yazmışdım. KSM kampaniyası etməkçün bunları bilmək və əməl etmək kifayətdirmi? Oxumağa davam et

1 Şərh

Kateqoriysı Biznes

Korporativ Sosial Məsuliyyət – dilemma və nəzəriyyələr (1-ci hissə)

Korporativ Sosial Məsuliyyət (KSM) son vaxtlar biznes dairələrində müzakirəyə səbəb olan mövzulardan biridir. Xüsusilə manatın iki dəfə devalvasiya olunmasından sonra yüksək səviyyədə idxala meyilli olduqlarına görə xərcləri artan biznesləri bir sual maraqlandırır: “Xərclərin artdığı bir vaxtda əlavə olaraq KSM-ə pul xərcləməyə dəyər?” Əvvəlcə deyim ki, azərbaycanlı biznes sahiblərinin bu sual ətrafında düşünməkləri özü müsbət haldır, çünki ölkədə bu haqda düşünən bizneslər elə də çox deyil. Bu sualı vermək həddinə çatmaq özü bir irəliləyişdir. Dünya praktikasında Korporativ Sosial Məsuliyyət mövzusu ətrafında olan suallar öz cavabını tam tapmadığı kimi, Azərbaycanda da KSM-in öz problemləri, sualları var. Bəzi məqamlarda bunlar həm dünya, həm Azərbaycan praktikası üçün eynidir, əksər hallarda isə fərqlidir.

Ümumilikdə Korporativ Sosial Məsiliyyət konsepsiyasının bəzi dilemmaları bütün bazarlar üçün eynidir. Bəzilərini aşağıda qeyd edirəm. Oxumağa davam et

1 Şərh

Kateqoriysı Biznes

Digital Marketing Conference – DMC 2017 haqda xülasə

digital marketing conference
Bu gün ilk dəfə ölkədəki marketinq konfranslarından birində – Digital Marketing Conference 2017-də iştirak etdim. Bu haqda bir balaca yazmaq istəyirəm. Xüsusilə çıxışların mətni barədə.

Orxan Kərimov
. Məncə, Orxan Endorphin adından digər agentliklərin də problemlərini biznes adamlarına çatdıra bildi. Xüsusən nəzərə alsaq ki, birinci çıxış idi və məllimlər tədbiri tərk eləməmişdi, deməli, (ümid edək ki) mesaj ünvanına çatdı. Faydalı çıxış idi. Ən gözəl mesaj da aşağıdakı şəkildəki mesaj idi.

Oxumağa davam et

Bir şərh yazın

Kateqoriysı Marketinq

YouTube’dan pul qazanmaq və çətinlikləri

Yaxşı Youtuberlər bilir yəqin, bilməyənlər və YouTube’dan pul qazanmaq istəyənlər üçün paylaşıram. Deməli Youtube monetizasiyanı test eləmək üçün dekabrda ingilis dilində bir kanal açmaq qərarına gəldim. Mövzu gaming idi, futbol oyunu.
Birinci videonu dekabrın 31-də (2016) yüklədim, yanvarın 2-də 57 baxışa 0.04 dollar gəlir(cik) göstərirdi (Şəkil 1.). Aha, əla YouTube’dan pul qazanmaq belə şeydir kimi gəldi mənə, 4 sent də qənimətdi. Sözsüz, 4 sentə YouTube’dan pul qazanmaq demək olmaz, amma adama xoş gəlir, nə yalan deyim.

YouTube'dan pul qazanmaq

Şəkil 1.

Fevralın 11-də 6 video var idi və kanalda ümumi baxış sayı 5050 idi, gəlir 1.11 dollar və abunə 26 nəfər (Şəkil 2.). 1 dollara çatanda çox sevinmişdim )) 1 dollar 11 senti Bakıda manata çevirəndə (çevirə bilsən əgər)) avtoş dönərdə yüngülvari qəlyanaltı eləmək olar yəqin))) amma yenə də pis nəticə deyil kimi gəlirdi mənə.

YouTube'dan pul qazanmaq

Şəkil 2.

Oxumağa davam et

Bir şərh yazın

Kateqoriysı Marketinq, Texnologiya