Aylıq arxivlər: Yanvar 2018

Korporativ Sosial Məsuliyyət – dilemma və nəzəriyyələr (1-ci hissə)

Korporativ Sosial Məsuliyyət (KSM) son vaxtlar biznes dairələrində müzakirəyə səbəb olan mövzulardan biridir. Xüsusilə manatın iki dəfə devalvasiya olunmasından sonra yüksək səviyyədə idxala meyilli olduqlarına görə xərcləri artan biznesləri bir sual maraqlandırır: “Xərclərin artdığı bir vaxtda əlavə olaraq KSM-ə pul xərcləməyə dəyər?” Əvvəlcə deyim ki, azərbaycanlı biznes sahiblərinin bu sual ətrafında düşünməkləri özü müsbət haldır, çünki ölkədə bu haqda düşünən bizneslər elə də çox deyil. Bu sualı vermək həddinə çatmaq özü bir irəliləyişdir. Dünya praktikasında Korporativ Sosial Məsuliyyət mövzusu ətrafında olan suallar öz cavabını tam tapmadığı kimi, Azərbaycanda da KSM-in öz problemləri, sualları var. Bəzi məqamlarda bunlar həm dünya, həm Azərbaycan praktikası üçün eynidir, əksər hallarda isə fərqlidir.

Ümumilikdə Korporativ Sosial Məsiliyyət konsepsiyasının bəzi dilemmaları bütün bazarlar üçün eynidir. Bəzilərini aşağıda qeyd edirəm. Oxumağa davam et

1 Şərh

Kateqoriysı Biznes