Yay sessiyası

27 06 2009

İmtahan gedir

9 iyun 2009

Dünya iqtisadiyyatı – “5”

Suallar:

  1. .Beynəlxalq ekoloji inteqrasiyanın əsas istiqamətləri;
  2. Dünya bazarında qiymətlərin növləri;
  3. Qızıl-devizi (Bretton-Vuds) valyuta sisteminin mahiyyəti

Vaxtında gedib götürdüm bileti

=)

Siftəsi 5

12 iyun 2009

Müasir beynəlxalq münasibətlərdə qloballaşma prosesi – “5”

Suallar:

  1. Qloballaşmanın tarixi mərhələləri;
  2. Cənubi Qafqaz regionunda qlobal və yerli maraqlar;
  3. Transmilli şirkətlər və onarın dünya siyasətinə təsiri.

Əslində heç bir sualı

konkret qabağıma qoyub oxumamışdım=)

Heyif 2-ci sualın nüsxəsi

məndə olmayacaq.

18 iyun 2009

Azərbaycanın Xarici Siyasəti – “5”

Suallar:

  1. “İstiqlaliyyət bəyannaməsi” – AXC-nin xarici siyasətinin əsas istiqamətləri;
  2. Beynəlxalq neft müqavilələri, siyasi maraqlar, iqtisadi mənafelər;
  3. Rusiyanın Avrasiya siyasəti və Azərbaycan.

Vaxtında seminarlar cavab vermişəm,

Yoxsa qara siyahıda idim mən də.

22 iyun 2009

Beynəlxalq münasibətlər nəzəriyyəsi – “5”

Suallar:

  1. Güc blansı nəzəriyyəsi;
  2. Postmodernizm;
  3. Beynəlxalq münaqişələr

Məlimə hədə-qorxu gəlmişdi ki, kəsəcəm hamınızı.

Amma imtahan günü starosta məliməyə hədə-qorxu gəldi=)

Allah canını sağ eləsin Lady Whisper=)

24 iyun 2009

Diplomatik protokol və etiket – “5”

Suallar:

  1. Beynəlxalq danışıqların iştirakçıları dairəsi;
  2. Etimadnamələrin təqdimedilməsi qaydaları;
  3. Dövlət vizitinin hazırlıq qrupunun ümumi vəzifələi.

Məllim yerləri yaman pis dəyişdi.

Amma “reputaçiya” köməyə gəldi yenə də ;)

Və ikinci kurs bitdi.

Axır ki, tələbəliyin ikinci ilinin sonunda əlaçı oldum.





Öyrətdisə müharibə…

19 06 2009

müharibə

Təsəvvür ki, müharibədəsən
H
ər dəqiqəndə ölümlə üzbəüz
H
ər saniyəndə ölümün nəfəsini yanağında hiss eliyirsən
H
ər addımda silaha daha yaxın,
amma ev
ə qayıtmaq istəyiylə
V
ə tüpürmək istəyirsən geridə qoyduğun həyatın boş, mənasız dəqiqələrinə!

Read the rest of this entry »





“Titanik”in son sərnişini dünyasını dəyişdi

1 06 2009

titanik_sonuncu_sernishin

98 yaşlı Milvina Din İngiltərənin Hempşir qraflığında keçinib

Böyük Britaniyada mayın 31-də “Titanik” laynerinin son sərnişini Milvina Din 98 yaşında dünyasını dəyişib. Bu barədə «BBC News» Milvina Dinin dostlarına istinadən bildirib. Read the rest of this entry »





IV MƏZUN YARMARKASI

20 05 2009

AZƏRBAYCANIN ALİ MƏKTƏB MƏZUNLARININ

N Ə Z Ə R İ N Ə!

26 MAY 2009-cu İL TARİXİNDƏ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ 28 MAY RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ ƏNƏNƏVİ IV MƏZUN YARMARKASI KEÇİRİLƏCƏKDİR.

YARMARKADA 80-dən YUXARI HOLDİNQ, ŞİRKƏT VƏ BANKLAR 700-ə YAXIN VAKANSİYA İLƏ İŞTİRAK EDƏCƏKLƏR.

YARMARKADA BÜTÜN UNİVERSİTETLƏ­RİN MƏZUNLARI  İŞTİRAK  EDƏ  BİLƏRLƏR.

YARMARKADA İŞTİRAK ÜÇÜN CV-LƏRİNİZİ mezun2009@aseu.az ELEKTRON ÜNVANINA GÖNDƏRMƏYİ­NİZ XAHİŞ OLUNUR.

Yarmarkanın keçiriləcəyi ünvan: Azərbaycan Dövlət İqtisad Universiteti, 1 saylı tədris korpusu, İstiqlaliyyət küçəsi, 6

Əlaqə telefonları: 492-15-09; 492-60-45; 492-67-95,





Ölmüş ümidlər universiteti – 1 həftə əvvəl, 1 həftə sonra

12 05 2009

Ölmüş ümidlər universiteti – Azərbaycan Dövlət Neft Akademiyası. 1 həftə əvvəl. 1 həftə əvvəl olmuşdu hər şey. 1 həftə əvvəl öldü ümidlər orda, 1 həftə əvvəl basdırıldı. 1 həftə əvvəl gəlmişdi ora tələbələr hərəsi bir məqsədlə. Amma heç biri ölməkçün gəlməmişdi. Ümidlərini basdırmağa yox, ümidlərinə can verməkçün gəlmişdi bəziləri. Amma can verdilər 1 həftə əvvəl özləri. Nə çəkdisə bir valideynlər çəkdi, bir də tələbə olduğunu qavrayanlar çəkdi, onlar başa düşdü.

Read the rest of this entry »





Qoyunlar da paradda =))

11 05 2009

ParadoqoyunGül bayramı günü paraddüz kursumun qabağından keçirdi. Əsgərlər gəlib keçəndən sonra Read the rest of this entry »