Qərarı necə verirlər
Oktyabr 10, 2009
Kecdim girishi. Neyse, qerar vere bilmedim neden basliyim. Qerarsizliq! Ele bundan danisim. Qerarsizliq, ani qerarlar. Cetin secim, beyin qarisar. Yox, ele fikirlesmiyin ki, nezmdi ya da bu yazida qafiye tutacam.
Dediyim kimi, herden ele anlar olur ki, qerar vermekde adam cetinlik cekir. He! Yox! Bu ikisinin arasinda qalirsan – he ya yox. Hemin vaxt 2-3 saniye erzinde qerar verib cavab vermeliyem. He ya yox. Bir secimim de var paltarimin olmayan cibinde. Read the rest of this entry »
16 sentyabr 2009 | Ax, Dünya, Dünya!!!
Sentyabr 16, 2009
Dürtülmüşlərdənsinizmi?!
Avqust 3, 2009
İqtisadiyyatda belə bir anlayış var, tələb-təklif. Bu anlayışı əsasən iqtisadiyyatçün istifadə olunur. Amma çox sahədə bundan istifadə oluna bilər və olunur. Normal qəbul olunur ki, tələb varsa təklif də var. Tələb olmalıdı ki, təklif də olsun. Yəni hər şey alıcıdan asılıdı, onun istəyidi əsas. İqtisadiyyatda “təklif” variantı da var. Mən özüm İqtisad universitetində oxuyuram, ixtisasım bilavasitə iqtisadiyyatla əlaqədar olmasa da, mənə iqtisadi nəzəriyyə fənni keçilib. Üstündən bir il keçib, çox lazım olmadığından dəqiq yadımda deyil təklif nəzəriyyəsini kim irəli sürmüşdü, amma deyilirdi ki, bazarda təklif əsasdı. Təklif hər şeyi tənzimləyir. Deyəsən, sonra bunu təkzib edirlər. Amma belə bir deyim də var ki, müştəri həmişə haqlıdı. Deməli, tələbdi əsas. Tələb təklifi müəyyən eliyir. Fikirləşməyin ki, iqtisadiyyatdan danışıram bayaqdan. Həyat özü yekə bir bazardı, hamı nəsə alır, hamı nəsə satır, kimlərəsə isə nəyisə dürtüşdürürlər, onlar da alır. Dediyim kimi bu tələb-təklif anlayışı hər sahəyə aiddi.
İndi bu yekə bazarın kiçik bir konteynerinə nəzər salaq Read the rest of this entry »
Bakı + azarkeşlər 4-2 Ekranas (şəkillər)
İyul 23, 2009

Həqiqətən bu oyuna baxmağa getdiyimə peşman deyiləm. Bakı da yaxşı futbol oynadı, azarkeşlər də əla dəstək oldular. Bu oyunda azarkeş faktorunu kiçiltmək istəmirəm. Ən künc sektordan başlanan Meksika dalğaları (hansı ki digər künc sektora qədər davam eliyirdi), sinxron alqışlar, ultrAslan`ın Azərbaycan təşkilatının dayanmadan, yorulmadan verdiyi dəstək həqiqətən mənə ləzət verdi. Hələ 3-0`dan sonra Ekranas 1 qol vuranda azarkeşlərin Bakının qapıçısı Sissokoya dəstək üçün onun adını qışqırmaları…
Hər şey xoşuma gəldi, iki şeydən başqa: Read the rest of this entry »
Biz deməsək də kimsə deyər, Nitşe qələt eliyir
İyul 7, 2009

Nitşe deyilən bir kəs var, məşhur bir kəs. Kitab oxumağı xoşlayanların əksəriyyəti onun haqda ya eşidib, ya oxuyub, ya da oxumaq niyyətindədi. Yox, elə bilməyin mən kitabqurduyam, həyatımda cəmi-cümü 5-6 kitab oxumuşam. Amma oxumağa həvəsliyəm, bu dəqiqə əlimə maraqlı bir kitab düşsə oxuyaram. Nəysə, mövzum nə kitabdı, nə kitabqurdları, nə mən, nə də Nitşe. Mütləq mətləb Nitşenin dediyi bir cümlədi. Kişi rəhmətlik (dəqiq bilmirəm rəhmət düşür ya yox) deyib: “Mən deməsəm heç kəs deməz”. Deyəmmərəm, onun ağlına bu cümlə Nyuton kimi başına alma düşəndə gəlib ya yox, amma əla deyib. Kim deməsə heç kəs deməz? – Mən! Bir az eqoist yanaşma kimi görünsə də, əslində eqoluq bir şey yoxdu. Kaş ki hamı bu cəhətdən eqo olaydı. Avropa (digər inkişaf etmiş ölkələr) bu cümləni dərk eliyib artıq. Ürəklərində saxlamırlar, deyirlər, gözləmirlər heç kimi. Sözdüsə söz, cümlədisə cümlə, Etirazdısa etiraz! Bilirlər ki, başqasını gözləyincə çox şey itirmək olar. Gecikmək qəbul olunmazdı.
Amma biz… Read the rest of this entry »
Yay sessiyası
İyun 27, 2009

9 iyun 2009
Dünya iqtisadiyyatı – “5”
Suallar:
- .Beynəlxalq ekoloji inteqrasiyanın əsas istiqamətləri;
- Dünya bazarında qiymətlərin növləri;
- Qızıl-devizi (Bretton-Vuds) valyuta sisteminin mahiyyəti
Vaxtında gedib götürdüm bileti
=)
Siftəsi 5
12 iyun 2009
Müasir beynəlxalq münasibətlərdə qloballaşma prosesi – “5”
Suallar:
- Qloballaşmanın tarixi mərhələləri;
- Cənubi Qafqaz regionunda qlobal və yerli maraqlar;
- Transmilli şirkətlər və onarın dünya siyasətinə təsiri.
Əslində heç bir sualı
konkret qabağıma qoyub oxumamışdım=)
Heyif 2-ci sualın nüsxəsi
məndə olmayacaq.
18 iyun 2009
Azərbaycanın Xarici Siyasəti – “5”
Suallar:
- “İstiqlaliyyət bəyannaməsi” – AXC-nin xarici siyasətinin əsas istiqamətləri;
- Beynəlxalq neft müqavilələri, siyasi maraqlar, iqtisadi mənafelər;
- Rusiyanın Avrasiya siyasəti və Azərbaycan.
Vaxtında seminarlar cavab vermişəm,
Yoxsa qara siyahıda idim mən də.
22 iyun 2009
Beynəlxalq münasibətlər nəzəriyyəsi – “5”
Suallar:
- Güc blansı nəzəriyyəsi;
- Postmodernizm;
- Beynəlxalq münaqişələr
Məlimə hədə-qorxu gəlmişdi ki, kəsəcəm hamınızı.
Amma imtahan günü starosta məliməyə hədə-qorxu gəldi=)
Allah canını sağ eləsin Lady Whisper=)
24 iyun 2009
Diplomatik protokol və etiket – “5”
Suallar:
- Beynəlxalq danışıqların iştirakçıları dairəsi;
- Etimadnamələrin təqdimedilməsi qaydaları;
- Dövlət vizitinin hazırlıq qrupunun ümumi vəzifələi.
Məllim yerləri yaman pis dəyişdi.
Amma “reputaçiya” köməyə gəldi yenə də
Və ikinci kurs bitdi.
Axır ki, tələbəliyin ikinci ilinin sonunda əlaçı oldum.




