29-30 noyabr deBaT turniri

3 12 2008

debate

29-30 noyabr Azərbaycan Dövlət Memarlıq və İnşaat universitetində 7-ci Bakı açıq Karl-Popper formati üzrə tələbələrarası debat turniri keçirildi. Turnirde İqtisad universiteti “Monopoliya”, “Qweak”, “Quiet revolution”, “İnfomenecer”, “Qarada Qırmızı” və “BMnamə” komandalarıyla təmsil olunurdu. Turnirin ilk günü komandalar 3 oyun keçirdi. 3 oyunun nəticəsinə görə Read the rest of this entry »





STREET LAW qurtardı

29 05 2008

          24-25 may 2008 tarixində 311 saylı orta məktəbdə keçirilən 3-cü Bakı açıq Street law formatı üzrə tələbələrarası debat turnirinin başa çatması ilə daha bir debat turnirini geridə qoyduq. Bu turnir dərs ili ərzində keçirilən formatından asılı olmayaraq 3-cü turnir idi. Turnirin başa çatması ilə İqtisad universitetinin təlim və hazırlıq prosesi də qurtardı. İqtisad universiteti turnirdə 3 komanda ilə – “Dollara Manat”, “Cosa Nostra” və “MTN” komandaları iə təmsil olunurdu.

 

 





IDK-nın növbəyi iclası

18 05 2008

                     18 may 2008 tarixində İrəli debat klubunun növbəti iclası oldu. Üzvlərin bəzilərinin gecikməsi iclasın 17 dəqiqə gec başlamasına səbəb oldu. İclası Araz bağırlı açdı,sonra digər həmsədr İmaməddin Quliyev də gəldi. İclas 1 saat çəkdi. İclasda kluba tətbiq ediləcək bal sistemi də azca müzakirə olundu. Digər məsələ başqa universitetlərə də koordinatorların təyin olunması idi. Bu iclasda İqtisad universitetinin hər 4 korpusuna və 1-ci, 2-ci növbələrə də koordinatorlar təyin olundu. Amma İrəlinin ofis meneceri Rasif Dünyamalıyev buna etirazını bildirərək,universitetlərdə irəlinin təmsilçilərinin olduğunu bildirdi. Sonda Karl-popper formatı üzrə son təlimin 2-ci gün saat 17:00-da olacağı bildirildi





STREET LAW davam edir

14 05 2008

             13-14 may 2008 tarixində İqtisad universitetinin 4-cü korpusunda STREET LAW debat formatının növbəti məşqləri keçirildi. Məşqdə formata uğun olan vəzifələrin izahı verildi(13 may) və spikerlərin çıxış ardıcıllıqları keçildi(14 may). Məşqin son günü debatçıların  aktyorluq qabiliyyətlərini yoxlamaq üçün oyun keçirildi. Read the rest of this entry »





İrəli”də debat

13 05 2008

              13 may 2008 tarixində İqtisaddakı STREET LAW məşqindən sonra İrəlidə Kar-Popper formatının növbəti məşqi başladı. Məşqi yenə baş məşqçi Elnur Həmidzadə keçirdi. Amma sonda İqtisad universitetinin debat klubunun sədri Şəmsi Bayramzadə də yeni debatçılara öz məsləhətlərini verdi və uşaqara maraqlı reklam oyunu oynatdı. Şəmsinin təlimi hamının xoşuna gəldi. Biz də öz növbəmizdə Şəmsiyə təşəkkürümüzü bildirirk. Yeni debatçılar istəyəcəkləri təqdirdə biz yenə Şəmsini dəvət edə bilərik.





STREET LAW – ILK TRANING

12 05 2008

                 12.05.2008 tarixində İqtisad universitetinin 4-cü korpusunda debatın STREET LAW formatı üzrə ilk məşq keçirildi. Məşq saat 14:00-da başlamalıydı,amma 10-15 dəqiqə gecikdi.İlk bir saat məşqə gecikənlərə cəza tədbirlərinin seçilməsinə həsr olundu.Bu gələcək tədbirlər planı idi. Amma ilk 1 saatın belə sərf olunması mənfi cəhət idi. Daha sonra məşqcilər Amin Əliyev və Xanımana məşqə başladılar. Yeni format olduğundan hamıya maraqlı gəlirdi və bu fomatın Karl-Popper formatından bir sıra fərqləri var idi. Formatın əsasını təşkil edən arqumentlər izah lunduqdan sonra arqumentə aid oyun keçirildi. Debatçılar 3 qrupa bölündülər və müzakirə üçün mənım təklif etdiyim “Mətbuata senzura qoyulmalıdı” mövzusuna aid arqumentlər hazırlandı. 1-ci komandadan Elnur Həmidzadə,2-ci komandadan Tural Zeynalı və 3-cü komandadan mən – Tural Babayev öz mövqeyimizi müdafiə etdik. Sonda insan hüquqları haqqında danışıldı və növbəti məşqin sabah saat 13:30-da həmin məkanda olması qərara alındı