RSS

Magistr təhsili nə mənədi?!

17 Jul

Azərbaycanda çox şeyi dəyişməyən, elə də əhəmiyyəti olmayan qırmızı diplomla universiteti bitirdikdən sonra 26 iyun Silahlı qüvvələr günü təhsilimi davam etdirmək üçün magistr imtahanın ikinci mərhələsinə getdim. Nəticədə Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər ixtisasının qiyabi şöbəsinə dövlət sifarişi əsasında qəbul oldum. (Özümü təbrik edirəm J ) Artıq 4-cü kursun əvvəllərindən xəbərim var idi ki, bizdə magistr təhsili əslində boş bir şeydir. Bu məsələyə təzədən qayıdacam.

2007-ci ildə universitetə qəbul olandan sonra ağlımda təhsil sistemini tənqid edən bir şeylər var idi desəm yalan deyərəm. Çünki o vaxt hələ geniş ictimaiyyətə yelkən açmamışdım. Amma sonra digər universitetlərin tələbələrini tanıyıb şəbəkəmi genişləndirdikcə ölkədəki təhsil haqqında müəyyən fikir formalaşdı məndə. İndi isə magistra qəbul olandan sonra təhsilin bu səviyyəsi haqqında kifayət qədər məlumatım var və Azərbaycanda magistr təhsilinin hansı səviyyədə olması mənə məlumdu.

Maraqlnanlar üçün deyim ki, əslində magistr təhsili yalnız və yalnız universitetdə qalıb işləmək (və ya pedaqoq kimi məktəbdə) istəyənlər və elmi işçi olmaq istəyənlər üçün vacibdir. Amma bugün ölkədə yaranmış hansısa axmaq tendensiyaya görə tələbələr yarım semestr magsitrın 1-ci turuna, digər semestr də ikinci turuna hazırlaşırlar. Soruşsaz ki, bu tendensiya nədi, deyərdim ki (hazır olun, əsrarəngiz məlumatdı), bu, ölkədə iş verənlərin iş axtaranların qarşısına çıxardığı süni maneədir. Zarafat edirəm, əsrarəngiz filan deyil, gülməli və acı məlumatdı. Faktiki olaraq bakalavr təhsili bu ölkədə tam ali təhsil sayılır. Amma bakalavrla “ehtiyaclarını ödəyə bilməyən” iş verənlər sanki Azərbaycanda yüksək səviyyədə magistr təhsili varmış kimi camaatdan magistr diplomu da istəyir. Araşdırsaq görərik ki, bizdə magistrlara ən yüksək səviyyəli təhsil Qafqaz, Xəzər universitetlərində, İqtisad universitetinin “TÜDİFAK” fakültəsində (orda dərslər türk proqramı əsasında keçilir), bir də MBA-da verilir. Qalanların “bükün tullayın” deyə bilərik.

Bu məqaləni yazmamışdan əvvəl magistrda oxuyan bir neçə tələbədən “Təhsilindən razıdır ya yox?” soruşdum, heç biri ürəklə “HƏ!” cavabı vermədi, hamısı orta mövqedə qaldı.

Məsələnin gülməli tərəfinə keçəyee, qiyamətdi dədəcanı…

Deməli, iş orasındadır ki, Azərbaycanda magistr təhsilinin səviyyəsi magistra qəbulun səviyyəsi ilə bərabər deyil. İzah edim. Yəni ki, bizdə magistra qəbul olmaq çətindi. Fikirləşin, bunun üçün, xüsusilə dövlət sifarişilə oxumaq üçün mümkün 150 baldan ən azı 100-nü yığmalısız. Bu hələ əyanidi. Məsələnin azərbaycansayağı tərəfi başqadı. Yəqin ki, yalnız Azərbaycanda qiyabi magistr təhsilini qazanmaq əyanidən daha çox savad tələb edir. Səbəb isə magistr “oxumaq həvəsində” olanların qiyabiyə daxil olub iş tapmaq istəyidir. Əksəriyyət bunun üçün çalışanda avtomatik qiyabi təhsilə keçid balı yüksəlir. Amma di gəl ki, magistr təhsilinin səviyyəsi imtahanın səviyyəsindən aşağı olur. Yəni sonda qısa olaraq deyim ki, Azərbaycanda magistr təhsil səviyyəsinə qəbul olmaq daha çox savad tələb edir, nəinki orada oxumaq. Azərbaycanda magistr təhsilindəki ziddiyyət bundan ibarətdir.

Yarı yalan yarı gerçək!!!

 
7 Comments

Posted by on İyul 17, 2011 in Yarı yalan yarı gerçək

 

Tags: , , , , , , , , , , ,

7 Responses to Magistr təhsili nə mənədi?!

  1. Gunay Qehremanova

    İyul 17, 2011 at 00:48

    Baba, yazan eline, ureyine sagliq..super!!!

     
  2. turalfot

    İyul 17, 2011 at 00:50

    Çox sağ ol, Günay.
    Hələ magistrda dərslərə gəlməyən məllimləri yazmamışam ;)

     
  3. Elvin

    İyul 18, 2011 at 22:20

    Buna da shukur :)

     
  4. sahilememmedova

    İyul 22, 2011 at 21:01

    Eslinde Azerbaycanda magistr tehsilini cox adam sadece ad olsun deye almaq isteyir.men de magistri bitirmisem.Qebul olmagi cox isteyirdim ve oldum da.Amma ele ilk baslardan anladim ki bu menimcun hardasa vaxt itkisidir.duzdu oyrendiklerim de oldu.amma neyse…

     
  5. gulnar

    Oktyabr 13, 2011 at 22:35

    tamamile dogrudu.

     

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

 
Follow

Get every new post delivered to your Inbox.