RSS

“Inanilmaz evlenme teklifi” Azərbaycanda!

22 Apr

Yəqin ki bu yaxınlarda youtube-da yayılmış  məşhur “inanılmaz evlenme teklifi” adlı videoya bir çoxunuz baxıb. Mətləbə keçməmiş baxmayanlar üçün bura yerləşdirirəm, baxın :)

Mətləb, açığı, bu yazını oxumur (bəlkə oxudu, dünyanın-internetin işin bilmək olmaz), amma mən yenə də mətləb barədə yazım.

Deməli, bu video baxan oğlanları xof basdı ki, bəs, ay Allah, mən başıma haranın daşını töküm ki, mənim qız sabah-birigün məndən belə təklif istəməsin. Amma təlaşa ehtiyac yoxdu, maşallah, oğlanlarımız variant cəhətdən boldu. Radioların romantika dalğalarının əbədi sakinləri olan, bütün alış-verişlərini Romantic dükanlarından eləyən, sevgilisinə görə soğanı alma kimi yeməyi belə romantika sayan meqaromantik qızlar isə bu videonu görüb hayıl-mayıl oldular. Nədi-nədi onlar da belə evlənmə təklifi istəyirmişlərmiş =) indi təsəvvürünüzdə canlandırın, bir qız bu videoya baxandan sonra sinəsi önündə əlini əlinə sıxıb, gözlərini yumub, başını astaca göyə tərəf tərpədib “Tanrım, kaş Natiq də mənə belə bir evlənmə təklifi eləyə. O dəqiqə boynuna tullanıb, hə deyərəm, vallah” deyir. Gülümsəməsəm alınmır. :) Sizə zəmanət verirəm, Azərbaycanda bu videoya baxan 90 faiz qız buna bənzər evlənmə təklifi istəyib. Hətta şişirtmədən 99 faiz də demək olar.

Təəssüflə qeyd eləməliyəm ki, bir şey yaddan çıxıb. Ay qızlar nə tez yaddan çıxardınız ki, Azərbaycanda oğlanlar qızlara evlənmə təklifi eləmirlər, bizim mentalitetdə bu ifadə, bu cümlə yoxdu, bizdə bu sahədə ən çox işlənən cümlə ancaq qızların işlətdiyi “Nə vaxt elçi gəlirsən?!”, “Məni nə vaxt istəyəcəysən atamdan?! sualıdı. Ona görə də oğlanlara ürəklərini buz kimi saxlasınlar deyirəm. Qorxulu bir şey yoxdu. Vaxtı gələndə qızlar özü sizə “nə vaxt elçi gəlirsən?” sualını verəcəklər =) Bu bir kultdu, cərəyandı =)

Sonda sizə bir maraqlı şey deyim bu videoyla bağlı. Deməli, bu dəhşətül-vəhşət evlənmə təklifinə bir cavab videorolik çəkilib (təbii ki, zarafat üçün), guya həmin oğlanın sevgilisi olan qız oğlana cavab verib. Videoya özünüz baxarsız, mən orda bir azərbaycanlı tərəfindən yazılmış şərhi sizə göstərmək istəyirəm: “O oglanda xaricde eyni qeletleri edib,,,Qizda burda,,bir birinnen xebersiz,,,ikisininde kul bawina,,,” Necə inanıbee :D

P.S. Yuxarıda yerləşdirdiyim “inanilmaz evnelme teklifi” adlı video əslində Türk Hava Yollarının “Miles and Smiles” kartının reklam videosudu. Yəni ki, belə bir evlənmə təklifi yoxdu, edilməyib. Bu sadəcə viral reklamdı. Viral reklam haqqında ətraflı.

P.P.S. Əziz meqaromantiklər, xəyallarınızı dağıtdığım üçün üzrül sayın. :)

Yarı yalan yarı gerçək!!!

 
 

Tags: , , , ,

8 Responses to “Inanilmaz evlenme teklifi” Azərbaycanda!

  1. Tsiala

    Aprel 22, 2011 at 13:39

    bu videoya bele bir yorum ancag senden gozlenir,ilk once mende baxanda elede inanmadim amma sen demish cox insanin hayil-mayil olacagi teklifdi bu zamanda heleki de bizim olkede bele teklif cetin kimse ede …)))))

     
    • turalfot

      Aprel 22, 2011 at 15:05

      Bəlkə səhv deyirəm? :) ))

       
  2. Sahile Zaraza

    Aprel 22, 2011 at 16:59

    Tural,reklam da olsa bu bele bir wey isteyenler ucun bir numune xarakteri dawiyir. ))) amma esasi senin bu haqda yazmagindi. “Mohsun derdlidi? Mohsunun derdi var?” misali… ))

     
    • turalfot

      Aprel 22, 2011 at 18:26

      Yox vallah, dərdim filan yoxdu. 20 ildir dərdsizəm. Mən sadəcə xəyallarla faktlar arasındakı ziddiyyəti çatdırıram :) )

       
  3. Esmira Kerem

    May 1, 2011 at 16:31

    menimde xosum gelmisdi amma bir reklam kimi:)

     
  4. Aytən

    May 7, 2011 at 23:22

    Deyəsən mən o qalan 1% qızların içindəyəm))

     
  5. Ana Panda

    May 16, 2011 at 15:03

    ” “Nə vaxt elçi gəlirsən?!”, “Məni nə vaxt istəyəcəysən atamdan?! ”
    Koptum .)))))

     
  6. Sadiq agayev

    Yanvar 29, 2012 at 10:21

    Bes heqiqeten bele bir weyi qiz istese oglanlar ne etsin????????

     

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

 
Follow

Get every new post delivered to your Inbox.