Bakı + azarkeşlər 4-2 Ekranas (şəkillər)
İyul 23, 2009

Həqiqətən bu oyuna baxmağa getdiyimə peşman deyiləm. Bakı da yaxşı futbol oynadı, azarkeşlər də əla dəstək oldular. Bu oyunda azarkeş faktorunu kiçiltmək istəmirəm. Ən künc sektordan başlanan Meksika dalğaları (hansı ki digər künc sektora qədər davam eliyirdi), sinxron alqışlar, ultrAslan`ın Azərbaycan təşkilatının dayanmadan, yorulmadan verdiyi dəstək həqiqətən mənə ləzət verdi. Hələ 3-0`dan sonra Ekranas 1 qol vuranda azarkeşlərin Bakının qapıçısı Sissokoya dəstək üçün onun adını qışqırmaları…
Hər şey xoşuma gəldi, iki şeydən başqa: 1. !ci hissədə oturduğum yer=) 2. Hesab 3-1, hətta 4-1 olanda belə bəzi azarkeşlərin “onsuz udmuşuq” fikrinə əsasən stadiondan getməyi. Hələ ki tam olaraq azarkeşlik mədəniyyəti yaranmayıb bizdə, amma inşallah o da tam formalaşacaq. İnter – Spartak Trnovo oyununun sonuna yaxın gördüyüm azarkeş biabırçılığı ümid edirəm ki, Bakı – Ekranas oyunundakı formaya çevriləcək
Bu da şəkillər:




T. Bəhramov 5





İyul 24, 2009 at 00:14
axırki biz utduğ, biz deyəndəki Onlar, cünki yalnız 1 Azərbaycan soyadını eşitdim komentatordan
İyul 24, 2009 at 01:30
BabyFace, var idi, bir neçəsi ehtiyatda idi,70-ci dəqiqədə də Mahmud Qurbanov oyuna girmişdi
İyul 25, 2009 at 02:07
salam hamini tebrik edirem.Turalfot Inwallah bizlerde de ne vaxtsa medeniyyet olar.Umidimizi hec etmeyek……