Qarabağ + azarkeşlər 1-0 Rosenborg (şəkillər)

25 07 2009

Stadion - oyun

Deməli, bu dəfə də Qarabağ – Rosenborg oyununa getdim. Sat 6-da stadionun qarşısında idim, amma heç kəsi buraxmırdılar. Amma hardasa stadionun darvazalarının qabağında 100-ə qədər, bəlkə də çox adam var idi. Başqaları da başqa yollarla stadionun ərzisinə keçirdilər. Saat hardasa 18:13`də darvazaları açdılar. H Read the rest of this entry »





Bakı + azarkeşlər 4-2 Ekranas (şəkillər)

23 07 2009

T. Bəhramov

Həqiqətən bu oyuna baxmağa getdiyimə peşman deyiləm. Bakı da yaxşı futbol oynadı, azarkeşlər də əla dəstək oldular. Bu oyunda azarkeş faktorunu kiçiltmək istəmirəm. Ən künc sektordan başlanan Meksika dalğaları (hansı ki digər künc sektora qədər davam eliyirdi), sinxron alqışlar, ultrAslan`ın Azərbaycan təşkilatının dayanmadan, yorulmadan verdiyi dəstək həqiqətən mənə ləzət verdi. Hələ 3-0`dan sonra Ekranas 1 qol vuranda azarkeşlərin Bakının qapıçısı Sissokoya dəstək üçün onun adını qışqırmaları…

Hər şey xoşuma gəldi, iki şeydən başqa: Read the rest of this entry »





Biz deməsək də kimsə deyər, Nitşe qələt eliyir

7 07 2009

de gəlsin

Nitşe deyilən bir kəs var, məşhur bir kəs. Kitab oxumağı xoşlayanların əksəriyyəti onun haqda ya eşidib, ya oxuyub, ya da oxumaq niyyətindədi. Yox, elə bilməyin mən kitabqurduyam, həyatımda cəmi-cümü 5-6 kitab oxumuşam. Amma oxumağa həvəsliyəm, bu dəqiqə əlimə maraqlı bir kitab düşsə oxuyaram. Nəysə, mövzum nə kitabdı, nə kitabqurdları, nə mən, nə də Nitşe. Mütləq mətləb Nitşenin dediyi bir cümlədi. Kişi rəhmətlik (dəqiq bilmirəm rəhmət düşür ya yox) deyib: “Mən deməsəm heç kəs deməz”. Deyəmmərəm, onun ağlına bu cümlə Nyuton kimi başına alma düşəndə gəlib ya yox, amma əla deyib. Kim deməsə heç kəs deməz? – Mən! Bir az eqoist yanaşma kimi görünsə də, əslində eqoluq bir şey yoxdu. Kaş ki hamı bu cəhətdən eqo olaydı. Avropa (digər inkişaf etmiş ölkələr) bu cümləni dərk eliyib artıq. Ürəklərində saxlamırlar, deyirlər, gözləmirlər heç kimi. Sözdüsə söz, cümlədisə cümlə, Etirazdısa etiraz! Bilirlər ki, başqasını gözləyincə çox şey itirmək olar. Gecikmək qəbul olunmazdı.

Amma biz… Read the rest of this entry »