“Titanik”in son sərnişini dünyasını dəyişdi
İyun 1, 2009

98 yaşlı Milvina Din İngiltərənin Hempşir qraflığında keçinib
Böyük Britaniyada mayın 31-də “Titanik” laynerinin son sərnişini Milvina Din 98 yaşında dünyasını dəyişib. Bu barədə «BBC News» Milvina Dinin dostlarına istinadən bildirib.
Din İngiltərənin cənubunda yerləşən Hempşir qraflığında həyatının son günlərini keçirdiyi ahıllar evində keçinib.
1912-ci ildə gəmi batanda Milvina Din 9 həftəlik olub. “Titanik”in göyərtəsində o, bütün ailə üzvləri ilə birgə olub. Milvinanın atası ölüb, amma qalan ailə üzvləri qurtarılıb.
Bütövlükdə, gəminin 2200 sərnişinindən 700-ü salamat qala bilmişdi. /ANS PRESS/




İyun 2, 2009 at 19:03
Зачет, сенкс автору
İyun 4, 2009 at 12:27
как говориться, Без пользы жить – безвременная смерть.
İyun 7, 2009 at 20:43
Ой, благодарю