Ölmüş ümidlər universiteti – Azərbaycan Dövlət Neft Akademiyası. 1 həftə əvvəl. 1 həftə əvvəl olmuşdu hər şey. 1 həftə əvvəl öldü ümidlər orda, 1 həftə əvvəl basdırıldı. 1 həftə əvvəl gəlmişdi ora tələbələr hərəsi bir məqsədlə. Amma heç biri ölməkçün gəlməmişdi. Ümidlərini basdırmağa yox, ümidlərinə can verməkçün gəlmişdi bəziləri. Amma can verdilər 1 həftə əvvəl özləri. Nə çəkdisə bir valideynlər çəkdi, bir də tələbə olduğunu qavrayanlar çəkdi, onlar başa düşdü.

1 gün sonra oldu izdiham orda, düzüldü qərənfillər, yandı şamlar divarlarda. Yarımçıq söndülər bəziləri. Həyatlarının yarı yolunu başa vurmayıb 1 gün əvvəl taleyi sönən tələbələrə yol yoldaşı olmaqçün. Yazıldı divarlar 1 gün sonra. Tamamladı elə bil ölənlərin yarım almış kurs işlərini, imtahan vərəqlərindəkini. Nə çəkdisə yenə də valideynlər çəkdi, bir də tələbə olduğunu qavrayanlar çəkdi, onlar başa düşdü.

1 həftə keçmədi. Hələ bir gün sonra kim olduğunu başa düşməyən tələbələri gördüm şəhərdə. Tələbə olduğundan xəbərsiz hələ də gülürdülər. Hələ də bir tələbə kimi ayaqlarını yerə basa bildiklər üçün Allaha şükür eləmək yadlarına düşmürdü nəinki həmin gün, 1 gün sonra belə. 1 həftə ərzində nələr oldu. Tələbə olduğundan xəbərsiz, hələ də metroda oturduğu yerdən qalxmayıb bluetooth-a öz eşqini elan edirdi. Hələ də şükür eləmək yadlarına düşmürdü 1 həftə ərzində ki ayaqları yerə basır. Nə çəkdisə bir valideynlər çəkdi, bir də tələbə olduğunu qavrayanlar çəkdi, onlar başa düşdü.

Mən tələbə olduğumu qavrayıram, mən bilirəm ki, onların yerinə başqa tələbələr ola bilərdi. Mən bilirəm ki, orda 1ci dərsinə gecikdiyindən ikinci dərsçün həmin korpusa getmək istəyib də, fikrini dəyişib dərsə qayıdan bacım ola bilərdi. Mən başa düşürəm ki, orda mən ola bilərdim ünvan İqtisad universiteti olsaydı. Mən bunları başa düşüb şükür edirəm Allahıma. Artıq hər keçən saata, hər keçən dərs müddətinə, sağ-salamat bitirdiyim hər günümə şükür edirəm. Artıq metroda ayaqüstə qalsam belə, həmin vaqonda ayaqüstə yol gedə bildiyimçün şükür edirəm. Amma onlar bugün torpaqdadı. O tələbələr torpaqda yatır, tələbə olduğundan xəbərsiz olanlar isə hələ də üzərində dayana bildikləri torpağa görə şükür eləməyi yada belə salmırlar, faciənin videolarını faciə qurbanlarının yaxınlarına satmaqla məşğuldurlar. Heç o videoları göndərən əllərinin telefon tutduğuna belə şükür etmirlər. Fikirləşmirlər ki, onlar həmin faciədə ölsəydilər özlərinin ölüm kadrlarından kimlərinsə pul üçün istifadə etməsi onları necə yandırardı. Hələ də fikirləri baş vermiş hər qəzaya, hər hadisəyə operativ jurnaistlər kimi maraqçen qaçıb gəlməkdədi. Qaça bildikləri üçünsə kimə tşəkkür borclu olduqlrını bilmirlər.

Mənsə tələbə olduğunu qavrayan bir tələbə kimi 1 həftə ərzində hər dəfə güləndə, hər dəfə hansısa mahnının ritminə barmaq oynadanda özümə irda tutdum. Tələbə olduğumu başa düşüb bu faciədən öz nüfuzu üçün istifadə edənləri, tələbə olduğunu qavrayan tələbələrin hisslərindən sui-istifadə edənləri qınadım içimdə. İçimdə ona görə ki, bildim ki, onlar da tələbə olublar ən azından. Bir tələbə kimi özüm etdim, edirəm, sizə də deyirəm:

“Sizin artıq hər keçən günə görə şükür eləməməyə haqqınız yoxdur!”

Epiloq

Biz ki varıq, deyib-gülüb-şənlənməyi çox xoşlayırıq. Tarix bizimçün önəmli deyil. Düz bir həftə keçdi, düz 1 həftə əvvəl bu vaxtlarda baş verirdi hadisə. Bir gün sonra üzlərdəki ifadələr çox təəssüf 1 həftə sonrakı üz ifadələrindən fərqlənmir. Onların üzü 10mayda da fərqlənməyəcək. Onlar yenə deə deyib-gülüb-şənlənəcəklər, gül bayramına da gedib güllərə baxacaqlar, evə gəlib televizora baxıb həmişəki şeyləri görəcəklər, 1 həftə əvvəl olanları bir gün sonra yaddan çıxarmışdılar onsuz, amma biz biləcik ki, biz varıq. ƏN AZINDAN!

Yarı yalan yarı gerçək!!!

2 Cavab to “Ölmüş ümidlər universiteti – 1 həftə əvvəl, 1 həftə sonra”

  1. bravegirl Says:

    O gunu xatirlayanda ureyimde qeribe bir sizilti hiss edirem.bunun nece bir hiss oldugunu yeqin ki her aglamagi bacaran insan bilir.Lakin cox teessuf ki bizim xalq unutqan xalqdi ve nece ki Qarabagi,nece 20 yanvar hadiselerini elece de bu hadiseni cox tez unutduq.hemin gun o facieden sonra her kes oz yaxinlarina zeng vurub sonra sukur bizim qohumlardan orda hec kim yox idi deyirdi.Lakin hec kes demir ki onlar da bizlerden biri idiler.onlar bu olkenin sabahi,azad heyata yeni atilib gelecek ucun planlar quran lakin butun arzulari ureklerinde qalmali olan gencler idi.

  2. alius Says:

    OOO bravegirl siz goyunlar ehatesinde yasayirsiniz ahi unutmayin bunu.Onlar sadece oz heyatlarinin qeydine qalirlar.Siz bunnan artigini mi gozleyirdiniz?


Cavab qoy