Uran – Mənasız şeylər

2 05 2009

menasiz-seyler-cover

Albomu qoyuram qabağıma. Sössüz, ilk növbədə albomun üz tərəfinin görününşü. Ümumiyyətlə, albomun dizaynı VoX Design studiyası tərəfindən işlənilib və deyim ki, çox gözəl alınıb. Albomun üz qabığında taxta qapı (bu taxtadan olan başqa bir şey də ola bilər) üzərində yazılmış (daha doğrusu cızılımış) URAN MƏNASI ŞEYLƏR sözləri, Uranın Da Streets emblemli köynəkdə fotoşkli və kənarları cırılıb, əzilmiş dəftər var ki, bu d çox güman Uranın öz repləini yazdığı, adını Mənasız şeylər qoyduğu dəftərinə işarədir. Açığı deyim ki, üz tərəfdə taxta üzərində həqiqətən də əllə cızılmış şəkildə yazılmış URAN MƏNASIZ ŞEYLƏR sözlərinn yazılışını heç bəyənmədim, çünki çox yöndəmsiz şəkildə yazılıb, bir albomun üz qabığına heç yaraşmır, məncə. Amma ümumi görününş yaxşıdı.

Çevirirəm albomun arxa üzünü.

ms-arxa-uz1

Bura da çox cəlbedicidi. Əksər albomlarda olduğu kimi bu albomun da arxa tərəfində track-list deyilən zad var ki, bu da albomdakı parçaların adlarıdı. 19 parça var və bu siyahı meyilli şəkildə sanki yaşıl üzlü dəfətrin arxa tərəfinə yazılıb. Deməli, parçaların adları əl yazısı ilə yazılıb, özü də çox əla görsənir, kimin xəttidisə əla xətti var. Ümumiyyətlə albomun üz, arxa, iç tərəfində nə yazı varsa hamısı əl yazısıdı. Inanmıram ki, belə bir şrift ola, çox güman skaner işidi. Siyahının altında albomun icraçı produseri Master T’nin adı var (Executive Producer: Mater T). Arxa tərəfin sol aşağı küncündə albomun informasiya dəstəyini təmin edən 3 saytın: www.dastreets.az, www.uran.az, www.tac.az – ın ünvanı var. Şəxsən tac.az-ın adını görmək istəməzdim orda, amma mənim istəməyimlə alınan zad deyil təbii ki. Sağ aşağı küncdə 4 logo var – Da Streetz, Caspian Clan, Vox Design, Music.Lab logoları. Sağ yuxarı küncdəsə bir cıma-qara zad var, baş aça bilmirəm nədi.

Albomun xaricindən keçirik daxilinə.

ms-sade-qiz-2

Diskin görünüşünü sona saxlıyıram. Sol tərəfdən başlıyıram – üz qabığının arxa üzü haqqında. Bura başdan-ayağa əl yazısıdı. Uranın Sadə qız 2 trekinin əlyazmanın skaner versiyası, Uranın öz xəttiylə. Həmin vərəqi çıxardıram. İki üzlü vərəqmiş.

ms-ic-uzu1

Açıram. Solda Uranın dinləyicilərə belə desək xitabı var, altda şəkli. Sağda isə yenidən track-list və bu dəfə + Production Credits deyilən zad var ki, bu da treklerin minus və beat-ərini yığımış beatmakerlərin adlarıyla birgə. Altında isə bunlar yazılıb:

Executive Producer: Master T

Additional Production: Elnino

Scratch: Dj.Shock

Mixing & Mastering: ProMete (H.O.S.T)

Cover: Vox Design

Sözün düzü, ProMete’nin adının qarşısında H.O.S.T yazılması həm qəriə gəldi mənə, həm də xoşuma gəldi. Səbəbini demirəm=)). Uranın dinləyicilərə xitabını isə yerləşdirdiyim şəkildən oxuyarsız.

İndi isə diskin üzərinin görünüşünə keçirəm. Diskin üzəri də albomun digər hissələri kimi yazıdan ibarətdir. Bu dəfə Anar Nağılbaz, Həkim, Master T, Virtual və Uran tərərfindən oxunmuş Da Streetz parçasının sözləridi, Uranın dediyi hissə, yenə də Uranın əlyazması. Çox orijinal alınıb. Ağ fonda Uranın xətti. Əladı. Alboma daxil olan parçaların siyahısını yazmağa ehtiyac gprmürəm, şəkildən əldə edə bilərsiz. Albomun tərkibi haqqında isə başqa bir məqlə yazacam. Hələlik bu qədər!


Hərəkətlər

Information

Şərh yazın