IV MƏZUN YARMARKASI

20 05 2009

AZƏRBAYCANIN ALİ MƏKTƏB MƏZUNLARININ

N Ə Z Ə R İ N Ə!

26 MAY 2009-cu İL TARİXİNDƏ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ 28 MAY RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ ƏNƏNƏVİ IV MƏZUN YARMARKASI KEÇİRİLƏCƏKDİR.

YARMARKADA 80-dən YUXARI HOLDİNQ, ŞİRKƏT VƏ BANKLAR 700-ə YAXIN VAKANSİYA İLƏ İŞTİRAK EDƏCƏKLƏR.

YARMARKADA BÜTÜN UNİVERSİTETLƏ­RİN MƏZUNLARI  İŞTİRAK  EDƏ  BİLƏRLƏR.

YARMARKADA İŞTİRAK ÜÇÜN CV-LƏRİNİZİ mezun2009@aseu.az ELEKTRON ÜNVANINA GÖNDƏRMƏYİ­NİZ XAHİŞ OLUNUR.

Yarmarkanın keçiriləcəyi ünvan: Azərbaycan Dövlət İqtisad Universiteti, 1 saylı tədris korpusu, İstiqlaliyyət küçəsi, 6

Əlaqə telefonları: 492-15-09; 492-60-45; 492-67-95,





Ölmüş ümidlər universiteti – 1 həftə əvvəl, 1 həftə sonra

12 05 2009

Ölmüş ümidlər universiteti – Azərbaycan Dövlət Neft Akademiyası. 1 həftə əvvəl. 1 həftə əvvəl olmuşdu hər şey. 1 həftə əvvəl öldü ümidlər orda, 1 həftə əvvəl basdırıldı. 1 həftə əvvəl gəlmişdi ora tələbələr hərəsi bir məqsədlə. Amma heç biri ölməkçün gəlməmişdi. Ümidlərini basdırmağa yox, ümidlərinə can verməkçün gəlmişdi bəziləri. Amma can verdilər 1 həftə əvvəl özləri. Nə çəkdisə bir valideynlər çəkdi, bir də tələbə olduğunu qavrayanlar çəkdi, onlar başa düşdü.

Read the rest of this entry »





Qoyunlar da paradda =))

11 05 2009

ParadoqoyunGül bayramı günü paraddüz kursumun qabağından keçirdi. Əsgərlər gəlib keçəndən sonra Read the rest of this entry »





Uran – Mənasız şeylər

2 05 2009

menasiz-seyler-cover

Albomu qoyuram qabağıma. Sössüz, ilk növbədə albomun üz tərəfinin görününşü. Ümumiyyətlə, albomun dizaynı VoX Design studiyası tərəfindən işlənilib və deyim ki, çox gözəl alınıb. Albomun üz qabığında taxta qapı (bu taxtadan olan başqa bir şey də ola bilər) üzərində yazılmış (daha doğrusu cızılımış) URAN MƏNASI ŞEYLƏR sözləri, Uranın Da Streets emblemli köynəkdə fotoşkli və kənarları cırılıb, əzilmiş dəftər var ki, bu d çox güman Uranın öz repləini yazdığı, adını Mənasız şeylər qoyduğu dəftərinə işarədir. Açığı deyim ki, üz tərəfdə taxta üzərində həqiqətən də əllə cızılmış şəkildə yazılmış URAN MƏNASIZ ŞEYLƏR sözlərinn yazılışını heç bəyənmədim, çünki çox yöndəmsiz şəkildə yazılıb, bir albomun üz qabığına heç yaraşmır, məncə. Amma ümumi görününş yaxşıdı.

Çevirirəm albomun arxa üzünü. Read the rest of this entry »