Yarımçıq ad günü və yeni “dəyərlər”

13 04 2009

Gün 00:00 başlamışdı. Artıq 00:05-də ilk zəng gəldi. Rüfət idi. 6 dəqiqə əvvəl bitən gün Çin üzrə ixtisaslaşma mərkəzində xəbər tutmuşdu doğum günümdən. Telefona yaddaş qoymuşdu, sağ olsun, birinci oldu. 12 dəqiqə işləmiş 3 illik sinif yoldaşım Aynurdan mesaj gəldi. Sözün düzü, heç ad günü əhvalında deyildim, artıq belə günlər mənimçün adi günlərdən fərqlənmir. Anamla bacım mətbəxdə “Yaprak dökümü”nə baxırdılar. Mənsə evdə ingilis dili kursumu hazırlayıb kompyuterin internetə girməsin gözləyirdim, bekarçılıqdan telefonda İreli-nin wap forumunda gəzişirdim.

Səhər telefon zəng çaldı, durmalıydım, dərsə getməliydim. Durdum. Həmişəki kimi… həmişəki prosedur. əhvalım da həmişəki kimi, fərqli heç nə.Həmişə mən hazırlaşanda atam oyanardısa da, durmazdı yerindən, sorğu-sual eliyərdi, nə vaxt gələssən, hara gedəssən və s. Bu dəfə durub gedib əl üzünü yudu(nədənsə). Əl üzünü yuyub qutaranda mən artıq çantamı hazırlayırdım, təbrik eliyib, öpdü məni. Bu dəfə həmiəkindən 5-8 dəqiqə tez çıxırdım evdən. Bu gün mənə sadəcə məni yada salanları tanımaqçün lazım idi. Onsuz demişəm – Bilsem bitirdiyim her yalanci dostluqdan, deyisdiyim ve qutardigim her sinifden, kocduyum her mehelleden, qazana bilmediyim her urekden bir nefer meni xatirlayir , dunyanin en xosbext adami olardim. Metroya tərəf gedirdim, qulaqcıqda Pinhani qrupunun “Ben nasıl büyük adam olucam?!” mahnısı gedirdi, axşamdan xüsusi olaraq Pinhani-nin mahnıların kopmyuterdən köçürmüşdüm.

Platforma. Mövzum elə burdan sonra başlıyır.

Qatar gəldi, qapı açıldı həmişəki yerində, bu dəfə necə alındısa həmişəki yerimdə otura bilmədim, məcbur üzbəüzdə ortada oturdum, sağımda bir qaqaş, solumda da biri. Bu gün metroda çantanı açıb oxumağa bir şey çıxartmadım. Hansısa stansiyada bir oğlan gəldi durdu başımın üstündə. Hardasa birinci kursda oxuyardı, çünki əlində dəftərlər, bir də dəftərə sancılmış qələm var idi. Əsasən 1ci kursda belə olur, məktəbdə çanta daşımaqdan bezmiş oğlanlar universitetə girən kimi canların bundan qutarıb, kitabları bir qırağa atıb, ancaq dəftər gətirirər. Nəysə, qaqaşın əlində 4-5 dəftər var idi. Birdən içimdən gəldi, oğlanın dəftərlərini əlindən alıb saxladım. Çox güman qaqaşa da qəribə gəldi. Normaldı, bizim metroda ya qadınlara yer verirsən, ya oğlanlara yer vermirsən, ya qızlar yaşca böyük qadınlara yer verir, ya da başqalarının əlindəki çantanı, yükü alıb saxlayırlar. Amma bu sonuncu hal oğlanlarda heç olmur desəm yalan olmaz bəlkə. Solumdakı oğlan yuxulayırdı. …stansiyası, “Minib-düşməyə tələsin” səsləri eşidildi. Bir xanım gəldi soldan, durub yer verdim. Ona görə yox ki, qaqaşın dəftərlərin daha saxlamaq istəmirdim, sadəcə içimdən gəldi, elə də yuxulu deyildim, ayaqüstə rahat dura bilərdim. Qaqaşın dəftərlərin qaytarıb durub yer verdim. Soldakı oğlan mənim yerimə keçdi, xanım da onun yerində oturdu. Bax olan elə burda oldu.

Bayaqki hərəkətimin kimlərəsə nəyisə etməyin ayıb olmadığını göstərmişdim,deyəsən, özüm də bilmədən. Deyəsən, hansısa stereotip sınmışdı. Mənim yerimə keçən qaqaş çantamı aldı məndən və saxladı. Bayaqdan küncdə oturmuş oğlan da mənim dəftərlərini qaytardığım oğlanın dəftərlərini alıb saxladı. Mən metroda ilk dəfə idi belə şeylə qarşılaşırdım. Yox-yox, bir dəfə görmüşdüm. 2007-ci ildə İqtisad universitetinə ən yüksək – 685 balla daxil olmuş Şahin Alıyev metroda onunla gedəndə ayaqüstə dayanmış bir məktəblinin papkasını alıb saxlamışdı. O vaxtı həqiqətən çox xoşuma gəlmişdi bu hərəkəti. Yığdığı balla özünü dağ başına qoymurdu, sadəliyində qalmışdı. Bax bugünkü hadisəyə yeganə nümunə bu idi, hardasa elə apreldə omuşdu ya da mayda. Mən bu gün kimlərinsə düşüncəsində nələrinsə dəyişdiyini gördüm. Bəlkə də küncdə oturan oğlan yanındakının mənim çantamı saxlamasını el arasındakı “panyatka” əlaməti kimi başa düşmüşdü. Bəlkə də istədiyi üçün eləməmişdi. Amma əsas odu ki, eləmişdi, bacarmışdı, bəlkə də həyatında ilk dəfə idi hansısa oğlanın əlindən metroda nəsə alıb saxlayırdı. Elə o biri oğlan da.

Bəlkə də bu hadisə sabah başqa yerdə onlar tərəfindən yenidən təkraralanacaq, başqaları görəcək, onlar da elə edəcək. Artıq bu normal hala çevriləcək. Əgər belə demək olarsa, yeni bir dəyər yaranıb formalaşmış olacaq. Fikir verirsizsə, son zamanlarda milli dəyərlərdən danışırlar, hamı nəyisə qoruyub saxlamaq istəyir. Amma nədənsə cəmiyyətimizdə yeni dəyərlər yaranmır, yapışımışıq köhnələrin quyruğundan. Niyə yeniləri yaranmır? Son zamanlar rastlaşdığım “dəyər”lərdən biri metro kartları çıxandan sonra başqasının kartında gediş haqqı olmayanda yanındakının onu gediş yükləməyə qoymaması, “Əşşiii… gəl, məndə var” deməsidi. Mən bunu bir az eqoistliklə də əlaqələndirərdim. İnsan təbiətən eqoist varlıqdı və bəlkə də belə vəziyyətdə yanındakını onu keçirtmək istəyinə görə yox, onu gözləməyə hövsələsi çatmadığı üçün gediş yükləməməyə çağırır.

Sonra universitetə çatdım….

P.S.Bu yazı da şəkildə olan yaddaş kitabçamın yarımçıq açılmış 9 aprel səhifəsi kimi yarımçıq oldu

Yarı yalan yarı gerçək!!!


Hərəkətlər

Information

Şərh yazın