Tozlu gündəliyin yazılmamış səhifəsindən…
Mart 29, 2009
Ayın 1-i axşam birtəhər razılaşdırdıq ki, səhər gedirik liseyə. Dəqiq yadımda deyil gecə gec yatdım ya yox, amma səhər bu görüşçün çətinlik çəkmədən durdum. Paltar geymək, yemək, getmək. Həmişəki kimi həmin dayanacaq, amma bir az aralıda. Vaxt var idi 2 nömrəli marşrutun sürücüləri həmin yerdə duran birini görən kimi saxlayardılar səhər qaranlıqlarında. Minmişdim, gedirdim yenə, həmin yollar, Nobel prospekti – nə günə qoyublar yazığı. Çatdım Xətai metrosuna. Getdiyim yolu, liseyin həyətini, pəncərələrini, sinfimizi təsvir eləmək fikrim yoxdu, bir dəfə eləmişəm bəsdi. Gəldim çıxdım liseyin darvazasının qabağına, həmişəki kimi birinci gəlmişdim. Vaxt var idi dərsə ən tez gələndə sinfə girərdim, yandırmazdım işıqları. Oturduğum yerdə düz başımın üstündə tək lüminiset lampası var di, yandırıb oturardum altında tək. Hərdən telefonumda ən zəif səslə lirik mahnı qoyardım, uşaqlar gələn kimi də tez utandığımdan söndürərdim. İlahə gələndə acığa tez bütün işıqları yandırar, auranı pozardı. Amma əvvəl-axır biri yandırmalıydı. Elvin də içəri girib: “Ə Babayev, yenə neyniyirsən?” deyərdi.
Bu dəfə görüşə həmişə gələn uşaqların hamısı gəlməsə də, gec-gec gələnlər gəlmişdi. Sinif yoldaşlarım, 3 ilinin şəkillərini 6 dəqiqəyə sığışdırdığım sinif yoldaşalrım. Onda məni tanımırdılar. Elə bilirdilər Tural evdə bekarçılıqdan dərsə tez gələn, tənəffüsləri də sinifdə keçirən, dərslərçün düzəltdiyi qəribə sualların cavabını heç kəsə deməyən eqoist biridi. O vaxtlar mən deyəndə ki, faşızm elə də pis şey deyil(tətkibindəki vətənpərvərliyə görə(ifratı çıxmaq şərtilə)), Azər deyirdi ki, yenə mənasız-mənasız danışır. O həmişə məni mənasız biri kimi bilib. Gəlməmişdi görüşə,4-5 gün əvvəl danışmışdıq görüş haqda.
O vaxt sinifdə müzkirələr az-az olardı, olanda danışmaq istiyərdim, amma bacarmırdım. Leyla kimi səsim bərk çıxmırdı, müəllimin sözün də kəsə bilmirdim ağzında uşaqlar kimi. Onsuz hər söz istəyib danışanda da mənim sözümü kəsərdilər. Amma eybi yox deyirdim, fikirlərim mənə bəsdi. Leyla hələ də məni “yoxlama” sözünə “hələmə” deyən zarafatcıl biri kimi tanıyır. O da gəlməmişdi. Hələ də kabloklarının taqqıltısı qulağımdadı.
O vaxtlar Şərifova Aytən də mənə mənasız deyərdi. Elə tanıyırdı. İndi də elə tanıyır. Mən onlar kimi inşa yaza bilmirdim. Bəlkə də sintaktik təhlili onlar kimi eliyə bilmirdim. Gəlmişdi Aytən. Bənövşəyi geyinmişdi, yenə mənə mənasız deyirdi. Axşam telefonda danışanda da ürəyində belə dediyini bilirəm.
Onda saçım təzə-təzə tökülürdü, yəqin mənasızlıqdan idi. Zibayət gəlməmişdi. O vaxtı saçımın tökülməyi məndən çox onu narahat eliyirdi, gəlib gedib “Ay Tural, saçın niyə tökülür?” soruşurdu. Hələ də əsəbidi mənə tənəffüslərdə sinfin qapısını örtdüyüm günlərə görə. O vaxtı İlahə də vardı. İndi yoxdu. Müzakirələrdə o da səs qaldırardı. Ona da səsim çatmazdı. Mənə “Törl” deyərdi, hə, bir də “uzun” deyərdi.Sonra da uzunun ağlı topuğunda olar deyərdi. O da mənə ağılsız deyərdi. Azərbaycan dili-ədəbiyyat hazırlığında stolboyu uzanan ayaqlarımı əzişdirməkdən bezməzdi Aytənlə. O da gəlməmişdi. O vaxtı Elvin mənə ən yaxınlardan idi. O, indi də mənə “ Babayev, nə çox danışırsan?!” deyir. Yəqin mənasız danışırdım.:) Gəmişdi görüşə, həmişə gəlib, amma bizdən çox sevgilisini görməyə gəlmişdi bu dəfə.
O vaxtı Hafiz məllim Şöhrətlə, Şöhrət də Hafiz məllimlə zarafatlaşanda Aynur mənim nitqimə azarkeşlik eliyirdi, “Sən çox bilirsən” – deyirdi. Şöhrət də “Ə, Tural, sən bilirsən nəsən?!” saman altından su yeridirəmmiş kimi deyirdi. Məni tanıyırmış kimi=)). Heç indi də tanımır. Aynur da gəlmişdi, Şöhrət də. Aynurla parta qonşusu, Şöhrətlə də bir müddət parta yoldaşı olmuşdum.
Onda müzkirələrdə söz kəsə bilməyəndə o hay-küydə Aqşin arxada oturub hazırlıq oxuyardı, Cəbrayıl da onun telefonunda oyun oynuyardı. Yazıq telefon Aqşinin olmaqdan bezmişdi, day Cəbrayılçün zaryadka öldürürdü. Onda Aqşin mənə “Sən bütün dərsləri necə çatdırıb oxuyursan?” deyəndə Cəbrayıl da “Sənin işin-gücün yoxduyeee Allahhaqqı” deyərdi. Türkiyəlilər demiş, neyniyirdim yarana bilmirdim onlara. Gəlmişdi ikisi də.
O vaxtı Rəşadənin dili boğaza qoymadığı qoymadığı günlər idi. Qəşəng qarğışlar deyirdi. Məni də tarix hazırlığına gələn qızlara sırıyırdı ki, bəs “Öl, öl, öl, qızlara baxıreee” deyirdi. Yazıq canım, onlar tərəfə az-az baxırdım ki, səhv bir şey başa düşməsinlər. Amma səmimi idim, bugün qrup yoldaşlarımla olmadığım qədər. Rəşadə idi də, bir vaxtlar eyni məhəllədə qalanda məni ciddi birinə oxşadarmış dediyinə görə. İndi “baz” olmaqda təqsirləndirirdi=)). O da gəlmişdi, özü də həmin qızların birindən xəbər də gətirmişdi. Işə düşməmişik?! Bu da məni belə tanıyır.
Şəbnəm, ona prikol deyərdim, çox sakit olduğunu nəzərə alsaq hərdən elədiyi zarafatlara görə prikol deyirdim. Gəlmişdi o da, amma hələ də bilmirəm məni necə tanıyır.
Firəngiz də gəlmişdi, axırınci dəfə onu sentyabrın 15i ya da ondan əvvəl mayın 31-i görmüşdüm, dəqiq yadımda deyil. O məni heç bəyənmirdi – geyimimi(liseydə hamı eyni forma geyinsə də), vid-fasonumu, özümü və s. Bircə onu deyirdi ki, sən asqıranda diksinirəm, saçlarım burulur=)). Etiraf eliyim ki, diksinməyi təkcə o demirdi.
Amma indi fərqli uşaqlarla təhsilimi davam eliyirəm, hansılar ki, mənə mənasız demir, mənə daha çox dəyər verir bəlkə də, daha çox hörmət eliyirlər. Onlara aid heç bir yazı yazmasam da. Hələ də 11v xatirələri ilə yaşamağıma, onlarla ünsiyyətdən çox qaçmağıma baxmayaraq. Qrupda yığılan pulları mənə etibar eləmələrinə baxmayaraq. Bəlkə də məni sizdən daha yaxşı tanıyırlar.
İnciməyin. Belədi




İyun 10, 2009 at 10:21
salam bunu niye yazdigini bawa duwmedim biz onsuzde taniya bilmerik
İyun 11, 2009 at 17:50
Salam Brave girl.
Blogumda yenidən xoş gördüm səni.
Bunu məni ya da sinif yoldaşlarımı tanımaları üçün yazmamışam.
Bu mənim şəxsi blogumdu, hərdən özümə aid nsə yazıb qoyuram, bu da biridi. Bu məqalə haqqında daha maraqlı müzakirəni burdan oxuya bilərsən=) – http://turalfot.azeriblog.com/2009/03/17/yazilmamish-sehifeler