
İngilis dili dərsi.
Bizim qrup.
Müəllimə:
“Elçin, şahmat oynamaq istəmirsiz?”
Elçin:
“Olsaydı pis olmazdı”.
Müəllimə:
“Onda gedin o biri qrupa!”

İngilis dili dərsi.
Bizim qrup.
Müəllimə:
“Elçin, şahmat oynamaq istəmirsiz?”
Elçin:
“Olsaydı pis olmazdı”.
Müəllimə:
“Onda gedin o biri qrupa!”
Mənim hələ 19 yaşım tam deyil. Hələ savadım da tam deyil. Heç ağlım da, gördüklərim də, görmədiklərim də. Oxuduğum kitablar da, oxumadıqlarım da. Hələ incitdiyim insanların siyahısı tam deyil. İncidəcəklərimin də. Qəlbini qırıb, sonra bərpa elədikləriminsə bəlkə heç hələ siyahısı da yoxdu. Hələ söyəcəklərim, öyəcəklərimin(canlı-cansız) də siyahısı tam deyil. İnanadıqlarımın siyahısı, inanmadıqlarımın siyahısı… 18 ilə gördüklərim bir ömür məni düşündürcək qədər olmasa da, özümü dərk etdiyim müddətdə düşündürəcək qədərdi. Bəlkə heç o da tam deyil. Read the rest of this entry »
Ayın 1-i axşam birtəhər razılaşdırdıq ki, səhər gedirik liseyə. Dəqiq yadımda deyil gecə gec yatdım ya yox, amma səhər bu görüşçün çətinlik çəkmədən durdum. Paltar geymək, yemək, getmək. Həmişəki kimi həmin dayanacaq, amma bir az aralıda. Vaxt var idi 2 nömrəli marşrutun sürücüləri həmin yerdə duran birini görən kimi saxlayardılar səhər qaranlıqlarında. Minmişdim, gedirdim yenə, həmin yollar, Nobel prospekti – nə günə qoyublar yazığı. Çatdım Xətai metrosuna. Getdiyim yolu, liseyin həyətini, pəncərələrini, sinfimizi təsvir eləmək fikrim yoxdu, bir dəfə eləmişəm bəsdi. Gəldim çıxdım liseyin darvazasının qabağına, həmişəki kimi birinci gəlmişdim. Vaxt var idi dərsə ən tez gələndə sinfə girərdim, yandırmazdım işıqları. Oturduğum yerdə düz başımın üstündə tək lüminiset lampası var di, yandırıb oturardum altında tək. Hərdən telefonumda ən zəif səslə lirik mahnı qoyardım, uşaqlar gələn kimi də tez utandığımdan söndürərdim. İlahə gələndə acığa tez bütün işıqları yandırar, auranı pozardı. Amma əvvəl-axır biri yandırmalıydı. Elvin də içəri girib: “Ə Babayev, yenə neyniyirsən?” deyərdi.
Günün ifadəsi:
“Emin Не О: “İqtisad universiteti
yeganə bazardı ki,
heç nə satılmır”.”
Şərhlər