Hərəkat buna deyərəm!!!
Dekabr 21, 2008

AEGEE Bakını başladığı “Tələbəyəm – Rüşvət vermirəm” kompaniyası(rüşvətə etiraz olaraq bu kompaniya qoşulan tələbələr qollarına qırmızı lent bağlayırlar) haqqında internetdə məlumatı oxuyanda ürəyimdə öz-özümə dedim ki, bax hərəkat budur. Hələ kompaniyaya qoşulanların sayının getdikcə artdığını görəndə lap sevindim. Bu kompaniya bəlkə də yeganə kompaniyadır ki, irəliçi, dalğaçı, olçu day nə bilim cürbəcür kateqoriyalı gəncləri birbirindən ayırmadan bir yerdə toplayır. Buna görə AEGEE Bakını təbrik eliyirəm.
Əslində bəlkə də hərəkatlar belə şeylərdən başlamalıdır. Artıq burda gənclərin hansısa fərqli siyası görüşləri müzakirə olunmur. Əsas prioritet tələbə həmrəyliyidir. Bir-birindən xəbərsiz dalğaçısı da, irəliçisi də, olçusu da bu axına qoşulur və onların ortaq fikri olur – həmrəy tələbə fikri. Təsəvvür eliyin, heç vaxt rəqib cəbhə ilə həmfikir olacağı ağlına gəlməyən gənc özündən asılı olmayaraq onunla həmfikir olur hansısa nöqtədə. Bəlkə də əsl gənclik hərəkatı yaranacaq. Bəlkə də bu hərəkat, bu axın sərhədlərimizi də o tərəfə keçəcək. Bəlkə də gələcək həmrəy Azərbaycan gəncliyi burdan başlayacaq. Bəlkə də əlimizdə olan yeganə şansdı hələki. Bəlkə də. . . Dəyərləndirməyə dəyər.
Reallaşması arzusu ilə
Yarı yalan yarı gerçək




Dekabr 22, 2008 at 21:26
tural men mektebde bu herekati davam etdirirem
Dekabr 23, 2008 at 23:17
Saleh, sene haladi, bele davam ele