Xarakterinizi təyin edin
Dekabr 15, 2008
![]()
Sanqvinik
Öz emosiyalarında olduqca güclü yəni öz nəzarəti altında saxlaya bilən, həyatda nikbin, həyat sevinci yüksək, xeyirxah, daima gülməyi sevən, bir tərzdən digər tərzə asanlıqıa keçən, yüksəkdən və səlis danışan insanlardır.
Göründüyü kimi aşağıdakı şəkildə sanqvinik təsvir olunub, onun papağının əzilməsinə baxmayaraq nikbindir, həyatdan zövq almağı sevir.

Fleqmatik
Öz qətiyyəətlərində zəif olurlar, öz adətlərini dəyişməyi sevmirlər, ətalətli olurlar, lakin belə insanlar yaxşı əmək qabiliyyətinə malik, güclü, özünü ələ almağı bacaran, müvazinətli olur.
Aşağıdakı şəkildə təsvir olunduğu kimi o papağının əzildiyini görüncə çətin vəzoyyətə düşür, lakin sonradan bununla heç bir effekt əldə edə bilməyəcəyini düşünüb papağı başına qoyur.

Xolerik
Bu tipə mənsub olan insanlar çox böyük güc potensialı fərqlənir, müvazinətlik onlara xas deyil. Belə tipə aid olan insan bir şeylə həddən artıq maraqlanır və alüdəsi oduğu işdə çox iş görə bilir. Ancaq işdə hüdud bilmədiyi kimi insanlarla münasibətdə də hüdud bilmir, heç nə üçün çılğınlıq edir, özünü idarə edə bilmir.
Bu şəkildə də xolerik təsvir ounub.

Melanxolik
Melanxoliklər üçün sinir proseslərinn zəifliyi səciyyəvidir. Bu tipə mənsub insanlar zəif iradəli olub, çətinlikdən qorxur, asanlıqıa başqasının iradəsinə tabe olur, həmişə qorxu, həyəcan və qəmli hisslərlə yaşayırlar.
Aşağıda təsvir olunduğu kimi bu melanxolik tipə mənsub olan insan papağının əzildiyini görərərək həyatdan küsür, öz bəxtindən gileylənir.

Amma mənim fikrimcə bu bölgü də nisbidir. Deyim niyə, çünki ən azı öz xasiyyətimdən misal gətirim ki, mən də sanqvinik tipin nikbin olmaqdan başqa bütün yuxarıda yazılan xüsusiyyətləri, fleqmatik tipin öz adətlərini dəyişməmək xususiyyəti var. Xolerik tipə aidiyyatım yoxdu, bəlkə də var, amma bu məlumatda yəqin ki tiplərin çox az xüsusiyyıtləri yazılıb. Melanxolik tipdə isə qəmli hisslərlə yaşamaq mənə xasdır. Qəmli deyəndə pessimizm nəzərdə tutmuram, cüzi şəkildə qəmli hisslər mənə rahatlıq verir. Ümümuilikdə isə xasiyyətimdə nikbinlik daha üstün yer tutur, həm də bu tiplərin xuüsusiyyətləri ilə məhdudlaşmır. Mən həm bir az kaprizli, vas-vası biriyəm.
Kim dözər görəsən mənim çətin qəribə xasiyyətimə,
Hərdən baxıb nifrət eliyirəm özüm öz xasiyyətimə
(Qaraqan)



