Gözəgörünməz tank

Dekabr 14, 2008

gozegorunmez-tank

İngilis Müdafiə Nazirliyi həyata keçirilən təcrübələrdə yoxlanılmaqda olan gizli texnologiyayala bir maşının tamamilə görünməz hala gətirildiyini bildirdi. “The Sun” qəzetinin xəbərinə görə yoxlamalarda iştirak edən bir əsgər “Bu texnologiya möcüzədir. Orda olmasaydım inanmazdım. Ətrafa baxdığım zaman sadəcə çəmənlik və ağacları gördüm. Əslində bir tankın topunun lüləyinə baxırammış”, -  dedi

Müdafiə Nazirliyinin keçmiş tədqiqat qolu olan Qinetiqə aid elm adamaları və ordu mühəndislri tərəfindən həddindən artıq gizli təcrübələrin həyata keçirildiyi bildirildi. Görünməzlik texnoogiyası, əks etdirmə xüsusiyyətlərinin ən son həddə çatdırılması üçün silikona örtülən bir tanka ərtafındakı mənzərədən alınan görüntülərin yayımlanması üçün xüsusi hazırlanmış kamera və projektorlar quraşdırılıb. Nəticə olaraq adi gözlə sadəcə tankın arxasındakı görüntünü görmək mümkündür.

Görünməzlik fizikasının tanınmış mütəxəsslərindən olan, Londondakı İmperial College’dən Prof. Sir John Pendry bu texnologiyanın 5 il içərisində müharibələrdə istifadə edilə biləcəyini bildirərək – “Nəzəriyyə həyata eçirildi, indi çətini bunu inkişaf etdirməkdir.” – deyə bildirdi.

P.S. Bu məlumat 2007-ci ilin son rübündə verilib.

Tək Cavab to “Gözəgörünməz tank”

  1. efrasiyab Says:

    Bu ilk gorunmez tank deyil, sadece olarag o birilerinin gorunmezliyi daha pis idi. Daha cox yaxsi kamuflyaja oxsayirdi.


Cavab qoy