Turalfot
Olmalı olanlara öyrəşməmişik, “HEÇ OLMASAlar” nə qədər çox olsa yaxşıdır

VIII Türk Dünyası İqtisadiyyat, Elm və Mədəniyyət forumu

8ci-forum-1204112519

4-6 dekabr tarixlərində Azərbaycan Dövlət İqtisad universitetində VIII Türk Dünyası İqtisadiyyat, Elm və Mədəniyyət forumunun “İpək yolu XXI əsrdə” mövzusunda Beynəlxalq Konfrans keçirildi.Mən təşkilat komitəsində idim. Konfransa türk dilli ölkələrdən gəlmiş bir sıra şəxslər də qatılmışdı. Onların arasında nazirlədən, fövqəladə səfirlərdən tutmuş universitet müəllimlərinə qədər qonaq var idi. Konfransın plenar iclası başlamamışdan universitetin akt zalı tam hazır vəziyyətə gətirilmişdi. Təşkilat komitəsində olduğumdan hər şeyi öz gözümlə gördüm. Artıq saat 10-un yarısından akt zalı qonaqları qəbul etməyə hazır idi. Hər şey yerli yerində idi. Bircə tələbələri və qonaqları yerləşdirmək qalırdı ki, onlar da gəldikcə hamsı yerləşdirildi. Konfransın proqramında ilk iş saat 09:00-da Fəxri xiyabanda Heydər Əliyevin məzarına əklil qoyulması idi. Daha sonra İqtisad universitetinin akt zalında forumun açılışı oldu. İlk sözü unversitetin rektoru Şəmsəddin Haciyev dedi və qonaqları salamladı. Rektordan sonra Türk Xarici Ticarət Müstəşarlığı, İqtisadi Araşdırmalar Mərkəzinin baş direktoru Gazi Bilgin danışdı. Qarşıda isə forum iştirakçılarını və forumu izləyən tələbələri bəlkə də konfransın ən maraqlı hissəsi gözləyirdi. Söz xalq şairi Zəlimxan Yaquba verildi. Çıxışını kiçik bir şeirlə başlayan Zəlimxan Yaqub nöqtəsini “Dünya bizim olacaq” şeiri ilə qutardı. Bu şeir konfransa gələn hamıya xüsusi ləzzət elədi. Ardından isə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç, Türkiyə Respublikasının Dövlət naziri Kürşat Tüzmen çıxış etdi. Sonra Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət Komissiyasının sədri Ziyad Səmədzadə, Mədəniyyət Məsələləri komissiyasının sədri Nizami Cəfərov və Qaqauz Muxtar Vilayəti, Başkan müavini Stoyanov Nikolay danışdı və konfransın plenar iclası başa çatdı. Qonaqlarçün nahar yeməyi təşkil olundu.

Saat 14:15-də isə forumu əsas hissəsi – 1-ci oturum – qonaqların və yerli müəllimlərin konfransın mövzusu ilə bağlı məruzələri dinlənildi. Hardasa saat 16:00-da forumun ilk gününə yekun vuruldu.

Forumun ikinci – sonuncu günü də məruzələr dinlənildi. Sonda konfransın yekun bəyannaməsi və sertifikatlar verildi. Saat 17:00-da VIII Türk dünyası İqtisadiyyat, Elm və Mədəniyyət forumunun “İpək yolu XXI əsrdə” mövzusu altında keçirilmiş Beynəlxalq Konfrans başa çatdı.

Fikrimcə, konfrans uğurlu alındı. Təşkilati cəhətdən heç bir problem olmadı. Sadəcə bir məsələni qeyd edim ki, Orta Asiya türk dövlətlərindən birinin nümayəndəsi universitetin hər mərtəbəsində və üstəgəl universitetin binasının fasadında Heydər Əliyevin iki yekə şəklini görəndən sonra bizə belə dedi:” A Qeydar Aliyev vezde. Unas toje takoe bılo, no mi vıqnali yevo”.))))

5 Responses to “VIII Türk Dünyası İqtisadiyyat, Elm və Mədəniyyət forumu”

  1. şərhi o tərəfdə yazdım…

  2. sen de o forumda olmusansa,bes niye men yox idim??? ;-)

    aaa…axirinci 2cumleni anladim,amma o adamin ne demek istediyini ba$a du$medim
    aciqlama,please :-D

  3. Sen o forumda ona gore olmamisan kiç teskilat komitesi ancaq bizim universitetden idi.
    ================
    Basa dusulmeyecek ne var ki ordaç kisiye qeribe geldi her mertebede ve heyetde heyder eliyevin seklinin olmasi

  4. men orda teshkilatci idim duzu yaxshı kecdi bəzi ammalar da var idişDüçunurem ki.bunun dövletimiz üçün müsbet neticələri oldu ve olacaqşAmma bəzi qonaqlar var idi ki.onların məqsədlərini düzü heç başa düşmedimş

  5. Gulnar, vaxt geler onu da basa dusersen))))))


Leave a Reply