29-30 noyabr deBaT turniri

3 12 2008

debate

29-30 noyabr Azərbaycan Dövlət Memarlıq və İnşaat universitetində 7-ci Bakı açıq Karl-Popper formati üzrə tələbələrarası debat turniri keçirildi. Turnirde İqtisad universiteti “Monopoliya”, “Qweak”, “Quiet revolution”, “İnfomenecer”, “Qarada Qırmızı” və “BMnamə” komandalarıyla təmsil olunurdu. Turnirin ilk günü komandalar 3 oyun keçirdi. 3 oyunun nəticəsinə görə ilk 4 komanda 3 qələbə, “BMnamə” 2 qələbə 1 məğlubiyyət, “Qarada Qırmızı” isə 1 qələbə 2 məğlubiyyət əldə etdi. Növbəti 1/8 mərhələsinə ilk 4 komanda çıxdı. 1/8 ayın 30-da keçirildi. Püşkə əsaasən “Monpoliya” və “Qweak” komandaları bir-biri ilə, “İnfomenecer” komandası Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik Akademiyasının(DIA) “DİAlogiya” komandası ilə, “Quiet revolution” komandası isə Neft Akadeyası, Texniki və İqtisad universitetini təmsil edən mix “Diaqnoz” koamndası ilə düşdü. İlk cütlükdə “Qweak”, ikincidə “DİAlogiya”, üçüncüdə isə mix “Diaqnoz” qalib gəldi. Göründüyü kimi ¼ mərhələsinə təkcə “Qweak” komandası keçdi. Komanda bu mərhələdə DİA-nı təmsil edən “Qardaşlar” komandası ilə oynadı. “Qweak” komandasının ilk iki spikeri rəqibdən güclü oynasa da, 3-cü spikerin təcrübəsizliyi və zəif oyun göstərməsi qələbənin “Qardaşlar”a verilməsi ilə nəticələndi. Beləliklə də, İqtisad universitetinin Azərbaycan bölməsindəkı son komandası da yarı yolda qaldı.

Amma rus bölməsində vəziyyət taman başqa cür idi. İqtisadın 3 komandasından (“Business Lady”, “Tri stars” və “…”) biri olan “Business lady” finala cıxmışdı. Düzdü, final oyununa baxmasam da, baxan uşaqlar komandamızın oyundan çox əmin qayıtmışdılar. Oyundan sonra həmin oyunun nəticəsi haqqında ancaq bu qədər əmin danışmaq olardı. Hətta sonda qələbənin DİA-nın komandasına verildiyi elan olunanda DİA tələbələri inanmadılar. Komandanın məşqçisi Əşrəf(Şıxəliyev) dözmüyüb tribunaya çıxdı, dedi ki, bizim uni-ə qarşı haqsızlıq oldu, bəs tüpürüm belə təşkilata, day nə bilim ictimai biriyə və s. Kiçik dava düşdü, çıxdıq zaldan qayıtdıq evə. Əşrəfin bu hərəkətin hər nə qədər təqdir etməsəm də, onu bilirəm ki, İqtisadın bir də debat turnilərinə buraxılmaması məsələsi var.


Hərəkətlər

Information

11 cavab

6 12 2008
SEFIR@Y10

aaaa paxilliga baxda ,gor hec BSU-nun $ENGULUM,#UNGULUM,MNEGULUM komandasinin adi cekildi??/yoooooooooooooooooooooooooooooooooooooooxxxxxxxx.ne ise…gelen il mende varam debatda!!!!!!!!
Tural debat.az saytinda rock debat bolmesindeki DVC-ye hesr olunmu$ teriflere de baxsan pis olmaz :-D xa-xa-xa-xa-xa-xaaaa.ozun bildin kimem ;-)

6 12 2008
turalfot

Teki sen debatda ol, men onda Slavyanin adin cekecem. Sozun duzu yarim finaldan sonrasina elave bir post yazmaq fikrim var.

Sefir, axi debat.az saytina girmir, gedir hansisa axtaris sistemine.

15 12 2008
MiRCaViD

MaRaQLi TuRNiR iDi…..

18 12 2008
lady

hmmmm pis deyildi.maraqli idi.men ilk defe idi istirak edirdim.apreldedede istirak edecem acigina:p(eger iqtisadi debata qoysalar)

18 12 2008
Inkoqnito

{Kim ne deyer bizde olan qeyrete,qeyretimiz bellidir her millete.}1ci defe idi ki, ishtirak edirdim cox xosum geldi,duzu opanenti qiciqlandirmaq lezzet edti.Allah qoysa aprelde de istirak edecem ve umid edirem ki yaxsi olar.Bir de ki,kim dura biler ADIU-nun qabağındaşimza:Qarada-Qırmızı

18 12 2008
KinG

salamlar, yaxshiki burda adin duz yazmisiz, yoxsa verdikleri “kagiz”da sehv yaziblar =))))))

19 12 2008
lady

ay tural bu street law ne vaxt basliyir?

20 12 2008
turalfot

He bizim komandalar burdadi ki, fealliginiza gore cox sag olun.
Hamini – Mircavidi, Gulnari(Qarada Qirmizi) ve Rustemi, Ramileni(BMname).
————————–
Ramile, street law olmuyacaq, amma iqtisadi deyesen buraxacaqlar turnirlere.

Gunar, reqibi qiciqlandirmaq yaxsi seydiye, amma olanda, sen lap yaziqlarin tustusun baslarindan cixarmisan.

Rustem, tee sertifikatin da bir defekti olmali idi de))))))

22 12 2008
lady

aaa dogurdanee indi fikir verirem setifikatda niyee ele yazilibki??\Inkoqnita bide sen istirak elesen ozde Dia la dussez senin tocnu basinda tuk qalmayacaq:pxi xi xi xi

27 01 2009
Shovket Kerimova

uwaqlar salam.turnir kecirmek eslinde cox cetin 1 meseledi.belkede uzaqdan baxanda xec cetin gorunmur,ama dediyim kimi bu yanlizuzaqdan baxanda beledi.cunki 66komandani idare etmekde asn iw deyil.sizleri yeniden turnirde saglam oyun gostermek isteyile.sag olun

23 05 2009
namiq

men bu turnirde taykiper kimi istirak etmisem 1ci yer tutan slavyan universitetinin 2 oyununda men taymkiper olmusam onlar heqiqeten cox gozel sehnecik gosterirler bunu hec bir universitet bacara bilmirdi o yarisda

Şərh yazın