Turalfot
Olmalı olanlara öyrəşməmişik, “HEÇ OLMASAlar” nə qədər çox olsa yaxşıdır

Belə baha?!

  • Dünyada ən bahalı KÜRÜ albinos – bölgə balığının kürüsüdür. Nadir hallarda İrandan ixrac edilir. Təmiz qızıldanhazırlanmış qabayığılmış kürünün 100 qramının qiyməti 2000 ABŞ dollarıdır.
  • Dünyanın ən bahalı ŞOKOLADı ABŞ-ın “Knipschildt Chocolotier” şirkətinin istehsalı olan “Chocopologie by Knipschildt” şokoladıdır. Şokoladın bir funtunun (453 qram) qiyməti 2600 ABŞ dollarıdır.
  • Dünyada ən bahalı ədva ZƏFƏRANdır. Əsl zəfəranın bir kiloqramının qiyməti 6000 ABŞ dollarıdır.
  • Dünyada ən bahalı ÇAY Daxunpao çayıdır. Tərcümədə “Böyük qırmızı xalat” mənasını verən çayın bir kiloqramının qiyməti 685.000 ABŞ dollarıdır.
  • Dünyanın ən bahalı VİSKİsi “The Macallan Fine & Rare Vintage” adlanır. Viski 1926-cı ildə qablaşdırılıb. Qiyməti 38.000 ABŞ dolları olsa da, almaq mümkün deyil.
  • Dünyanın ən bahalı GÖBƏLƏYİ ağ trufeldir. 2007-ci ilin noyabr ayında honq-konqlu 3 maqnat 750 qramlıq göbələyə görə 209.000 ABŞ dolları ödəyib.
  • Dünyada ən bahalı ROM 1940-da yamaykanın “lX/ray &Nephew” şirkətinin qablaşdırdığı romdur. Hər birinin qiyməti 53.000 ABŞ dollarıdır.
  • Dünyada ən bahalı QOZ makadamiyadır. Bu qozun cəmi iki növü becərilir. Makadamiyanın bir kiloqramının qiyməti 30 ABŞ dollarıdır.
  • Dünyada ən bahalı DESERT 25 çeşid kakaodan hazırlanmış qaymaqlı dondurmadır. Dondurma çlınmış qaymaq, yeyilən qızıl tikələri və şokoladla bəzədilir. Desert qızıl və almazla bəzədilmiş bakal və qaşıqla müştəriyə təqdim edilir. Bu desertin qiyməti 25.000 ABŞ dollarıdır.
  • Dünyanın ən bahalı PİVƏsi Belçikanın “Vieille Bon Secours” pivəsidir. Londonun Bierdrome barında bu pivənin dadına baxmaq olar. Pivənin bir şüşəsinin qiyməti ABŞ dollarıdır.
  • Dünyanın ən bahalı ŞAMPAN şərabı “Perrier Jouet Belle Epoque Blanc de Blanc” adlanır. Onun 0.75 litrlik bir şüşəsi təqribən 1000 avro dəyərindədir.
  • Dünyanın ən bahalı ÇAY PAKETİ “PG” çay şirkətinin 75 illik yubileyinə hazırlanıb. 280 briliyantdan ibarət paketin qiyməti 7000 funt-sterlinqdir.

3 Responses to “Belə baha?!”

  1. ehhhhhhhhh……BUNLAR COX UZUCDU.MENE BAHALI MEHSULLAR LAZMDIR,TAPSAN XEBER EDERSEN :-) :-D OZUN BILIRSEN DE BANKDAKI PULLARIMI XERCLEMEYE YER TAPMIRAM

    COX SAG OL!ELA YAZILIBDIR!!!YENI-YENI POSTLARIN GORMEK UMUDI ILE ;-)

  2. Maraqli faktlar ucun teshekkur. Bele melumatlari sevirem. :)

  3. “Dünyada ən bahalı KÜRÜ albinos – bölgə balığının kürüsüdür.”
    Men bundan qat qat bahali kuru gormusem. (vitrinde tebii ki)


Leave a Reply