Turalfot
Olmalı olanlara öyrəşməmişik, “HEÇ OLMASAlar” nə qədər çox olsa yaxşıdır

İş təkliflərinin dəyərləndirilməsi

İş təklifi almaq iş axtarışı prosesinin ən yüksək nöqtəsidir. Bu, müvəffəqiyyətin və məqsədyönlülüyün simvolu olmaqla bərabər, həm də çoxlu namizədlər arasından seçildiyi üçün insanda qürur hissi yaradır.

Demək olar ki, əksər adamların iş təklifini qiymətləndirməkçün istifadə etdiyi kriteyalar eynidir. Fərqli olan isə peşə seçərkən nəzərə alınması vacib olan faktorların kimin üçün nə dərəcədə əhəmiyyətli olmasıdır. İş təklifinin qəbul edilməsinə təsir edən beş faktor var:

1.İşin təbiəti / vəzifələri. İş təklifi haqqında düşünərkən özünüzə verəcəyiniz birinci sual belə olmalıdır: “Burada işləmək mənim xoşuma gələcəkmi?” Bu suala ciddi düşündükdən sonra cavab vermək lazımdır. Çünki ürəyinizcə olmayan iş təklifini qəbul etmək narazılığın və uğursuzluğun bünövrəsini qoymaq deməkdir. Yüksək gəlirli işlər istisna olmaqla siz yəqin ki, heç vaxt ürəyinizə yatmayan işdə çalışmağa razılıq verməzsiz. Cavab veməzdən əvvəl işlə bağlı bütün məqamlara(iş saatları, gündəlik vəzifələr, işgüzar səfərlər, sənədlərə iş və s.) aydınlıq gətirin.

Bir çox halda adamlar yalnız yüksək maaş və prestijli olmasına görə işə razılıq verir, lakin müəyyən müddətdən sonra bu işin onlara uyğun olmadığını başa düşərək yenidən iş axtarışına başlayırlar. Başqaları isə yaxşı maaşı olduğuna görə bəyənmədikləri işdə uzun müddət çalışır, yüksək maaşa alışdıqlarından az maaşlı işlərə gedə bilmirlər. Bu ikili hisslər insanların nəinki öz işindən narazılığına səbəb ola, hətta şəxsi problemlər yarada bilər. Bir sözlə, işin təbiəti və vəzifələri ilə maraqlanmaq iş təklifi haqda düşünərkən ön plana çəkilməlidir.

2.Şəxsi keyfiyyətlərə uyğunluq. Peşə seçiminə qərar verəndə olduğu kimi, indi də siz təklif olunan işin sizin şəxsi keyfiyyətlərinizə uyğunluğunu nəzərdən qaçırmamalısınız. Başqa sözlə desək, sizin şəxsi keyfiyyətləriniz iş ilə uyğunlaşırmı. Mənəvi dəyərlər, motivasiya, qabiliyyətlər və s. kimi faktorların obyektiv analizi böyük əhəmiyyətə malikdir. İşin sizin həyatınızın digər aspektləri ilə (məsələn, ailənizlə vaxt keçirmək) təzad yaradan cəhətləri varmı? Siz işin tələb etdiyi kimi səhər 5.30-da durub, gündə 10-12 saat işləmək istəyirsiz? İşdə yüksək nəticələr əldə etmək üçün müntəzəm treydinq keçməyə hazırsınızmı? Birmənalı şəkildə qeyd edilməlidir ki, işin sizin şəxsi keyfiyyətlərinizə uyğunluq səviyyəsi nə qədər yüksək olarsa, həmin vəzifədə müvəffəqiyyət qazanmaq ehtimalınız da bir o qədər yüksək olacaq.

3.Vəzifə yüksəlişi imkanları. İş təklifini götür-qoy edərkən vəzifəni qəbul etdiyiniz halda qarşınızda nə kimi imkanlar açılacağını, rəhbərliyin bu sahədə siyasətini və 5-10 ildən sonra hansı vəzifələrə qədər yüksələ biləcəyinizi fikirləşin. Düşünün ki, bu vəzifədə çalışmaq sizə uğurlu karyeraya nail olmağa imkan yaradacaqmı.

4.Yerləşdiyi ərazi. İş təklifini götür-qoy edərkən nəzərə almalı olduğunuz digər bir faktor da həmin iş yerinin yerləşdiyi ərazidir. Ərazi və oradakı fəaliyyət xoşunuza gələcək yoxsa sadəcə işin xətrinə buna dözəcəksiz? Qərar qəbul etməzdən əvvəl bu suallara cavab tapmalısız.

5.Ödəniş. İş təklifinin sonuncu mühüm faktoru ödəniş faktorudur. Düzdür, karyera və iş yeri seçimindən danışarkən maaşın rolunu bir az azaltmışdıq, amma gəlin etiraf edək ki, pul güclü faktordur. İş təklifini götür-qoy edərkən yalnız maaşı deyil, bu işin sizə verə biləcəyi əlavə ödənişləri də nəzərə almaq lazımdır(məsələn, pul mükafatları, məzuniyyət ödənişi siyasəti, sağlamlığın sığortası, təhsili davam etdirmək imkanları və başqa əlavə gəlirlər).

Təbii ki, qərar verərkən hansı göstəricilər və parametrlərdən çıxış etmək sizin öz işinizdir///Məlumat Businees Times qəzetindən götürülüb///

10 Responses to “İş təkliflərinin dəyərləndirilməsi”

  1. slm Tural.yaxsi tercume edibsen:)amma 4cusune ehtiyyac yoxdur. o vaxt fikirlesilir ki eger evezsiz isci olsan, ve bir nece teklifin olsa. ve o bizim cemiyyet ucun duzgun deyil cunki biz seher o qeder de boyuk deyil ki bir yerden basqa yere getmek cox vaxt aparsin.
    Ugurlar!!!oz fikirlerivi de yazsan yaxsi olardi.

  2. Salam Shemsi. Xos gordum seni blogumda. Tercume elememisem, bu business Times qezeti azerbaycancada. Bu 4cu meselesine geldikde ise, bunu qezetin redaktorlari tercume eliyib:D teki bizde serait ele olsun ki, insanlar iki ish yeri arasinda secim etmek qarsisinda qalsin

  3. Cox sag ol!axirinci bend daha guclu tesir edir indiki zemanede.Maa$ yuksek olmadiqdan sonra diger parametrlerin elede boyuk ehemiyyete qalmir.THANKS!!!

  4. cox sag ol ay Tural:)))

  5. salam menim adim nicatdi is axtariram ozum BDU oxuyuram tetbiqi riyaziyyat ve kibernetika eger kokek ede bilsez gozdeyecem 055 644 33 22

  6. Nicat bey, men burda ish paylamiram axi)

  7. Salam men ish axtariram Mumkundurse Shoferlik Oz mashinimda var lazim olarsa xeber elesin Mersedes E320 Madel mashinim var Shofer lazim olsa zeng edin telefon 0556138019

  8. salam men is axtariram fehle muhavizeci yungul is varsa xahis edirem 22 yasim var yungul is olsa hormet elemeye haziram

  9. telefon nomrem 051 821 62 43 is varsa zeng vurun

  10. Bir dəfəlik başa düşün, çox xahiş edirəm – Mən burda iş yeri paylamıram heç kimə. Sadəcə məqalədi, qəzetdən götürüb qoymuşam bura


Leave a Reply