İş təkliflərinin dəyərləndirilməsi

20 08 2008

İş təklifi almaq iş axtarışı prosesinin ən yüksək nöqtəsidir. Bu, müvəffəqiyyətin və məqsədyönlülüyün simvolu olmaqla bərabər, həm də çoxlu namizədlər arasından seçildiyi üçün insanda qürur hissi yaradır.

Demək olar ki, əksər adamların iş təklifini qiymətləndirməkçün istifadə etdiyi kriteyalar eynidir. Fərqli olan isə peşə seçərkən nəzərə alınması vacib olan faktorların kimin üçün nə dərəcədə əhəmiyyətli olmasıdır. İş təklifinin qəbul edilməsinə təsir edən beş faktor var:

1.İşin təbiəti / vəzifələri. İş təklifi haqqında düşünərkən özünüzə verəcəyiniz birinci sual belə olmalıdır: “Burada işləmək mənim xoşuma gələcəkmi?” Bu suala ciddi düşündükdən sonra cavab vermək lazımdır. Çünki ürəyinizcə olmayan iş təklifini qəbul etmək narazılığın və uğursuzluğun bünövrəsini qoymaq deməkdir. Yüksək gəlirli işlər istisna olmaqla siz yəqin ki, heç vaxt ürəyinizə yatmayan işdə çalışmağa razılıq verməzsiz. Cavab veməzdən əvvəl işlə bağlı bütün məqamlara(iş saatları, gündəlik vəzifələr, işgüzar səfərlər, sənədlərə iş və s.) aydınlıq gətirin. Read the rest of this entry »