Turalfot
Olmalı olanlara öyrəşməmişik, “HEÇ OLMASAlar” nə qədər çox olsa yaxşıdır

Siz də nəsə bir zad istəyirsiz, hə?

 

O gün oturmuşdum evdə. Nəsə birdən xətrim dondurma istədi. Belə yağlı bir plombir. Amma sonra yadıma bir şey düşdü. Hə, deyəsən, mənim boğazım hələ sağalmıyıb axı. Amma istəmişdim… İstədim… İstəmək… Bu “istəmək” ki var, yaman şeydi. Hamı nəsə istəyir, hamı həm istəyir, həm də istəməyi istəyir. İndi görün millətimiz nələri istəyir.

 Biri varlı olmaq istəyir, biri deyir kasıblıqdan azca da olsa canım qutarsın. Biri maşın almaq istəyir, biri deyir maşınımı dəyişmək istəyirəm. Biri özünə gün ağlamaq istəyir, o biri  başqalarının çörəyini yeyib onları ağlatmaq istəyir. Biri birotaqlı da olsa ev almaq istəyir, o biri beşotaqlı evini villaya dəyişmək istəyir. Biri iş-güc sahibi olub maaş almaq istəyir, digəri istəyir ki, maaşın qaldırsınlar. Biri istəyir ulduz olsun, biri ha istəsə də adam ola bilmir. Biri dondurma almaq istəyir(mənim kimi), biri də o dondurmanı ala bilməkçün pul istəyir. Biri azad söz istəyir, biri görən göz istəyir. Biri ən bahalı konfetlərdən istəyir, biri quru qəndə də razıdı, təki olsun. Həm ədəb-ərkan istəyirik, mədəniyyət istəyirik, həm də göbəyimizi açıq qoyub pirsinq taxmaq istəyirik. Qızlar  həm ərə getmək istəyirlər, həm də ərə getməmişdəm qaş alırlar. Oğlanlar bakirə qız istəyirlər, amma evlənməmişdən əvvəl də bazlıq eləmək istəyirlər. Bu hələ harasıdı?! Bunlar təbəqələrarası fərqlər idi. İndi məsələni bir az qloballaşdırıb siyasi müstəviyə keçirmək istəyirəm (görürsüz yenə istəyirəm). Bir tərəfdən demokratik, heç kimdən, heç nədən asılı olmayan cəmiyyət istəyirik, o biri tərəfdən “MENTALİTET! MENTALİTET!” deyə bağırıb mentaliteti qorumaq istəyirik. Bir tərəfdən dünyaya,dindən uzaqlaşan Avropaya inteqrasiya istəyirik, o biri tərəfdən milləti dinə qayıtmasını istəyirik. Bir tərəfdən neft istəyirik, o biri tərəfdən nefti Bakı-Ceyhanla satmaq istəyirik. Həm respublikaçı Corc Buşa dəstək vermək istəyirik, həm də hakimiyyətə demokratlar gələndə onlara dəstək olmaq istəyirik. Bir tərəfdən Amerikadan dəstək istəyirik, o biri tərəfdən Avropadan, sonra Türkiyədən, sonra İrandan, sonra da İsraildən.

Görürsüz də nə qədər şey istəyirik.Deyirəm bəlkə bir dəfə də istədiklərimizə çatmaq üçün nəsə edək?! Bəlkə quru istəməkdənsə bir az çalışaq?! Bəlkə cəhd edək?! Bəlkə nəsə alınar?! Dilənçilərlə varlıların fərqi bilirsiz nədi? Varlı yenə istəyir, daha çox istəyir və istədiyi üçün də nəsə edir. Dilənçi isə ancaq istəyir, amma heç nə eləmir, ancaq dilənir. Yaddan çıxarmayaq ki, hər böyük iş kiçik bir şeydən başlayır, necə ki dünya yarananda kiçik bir nöqtənin partlayışından yarandı, necə ki biz yarandıq kiçik bir ziqotdan, necə ki ağac böyüyür kiçik bir kökdən, necə ki sel yaranır kiçik bir buluddan yazda qarlar əriyəndə, necə ki qar uçqunu yaranır kiçik bir qartopundan. Yarı yalan, yarı gerçək.

5 Responses to “Siz də nəsə bir zad istəyirsiz, hə?”

  1. COX GOZEL YAZMISAN!!!TE$EKKURLER!!!
    MEN STREET LAW-DA VE DEBATLARDA I$TIRAK ETMEK ISTEYIREM.AMMA MEN ISTEDIYIMI DEQIQ BILIREM NE ISTEYIREM,SADECE ISTEDIKLERIME INSANLAR MANE OLURLAR.
    INSANLAR MUXTELIF OLDUGU KIMI FIKIRLER DE MUXTELIFDIR.

  2. Sefir, strret-law ve debatda istirak etmek ucun universitetin Telebe Gencler Teskilatina muraciet elemen besdi. Belke de bilirsen. Debat cox yaxsi seydi

  3. men ne istediyimi hec oum de bilmirem:)))

  4. Men coxxx sey istiyirem ama bilmirem ne istiyirem onu bilirem ki her sey istiyirem.

  5. supeeeeeeeeeeeer lap ureyimden kecenleri yazmisan :P mende cox sey isteyirem e desem istediklerimi gerek senin yazindan cox olsun ona gore men saymasam yaxsidi……


Leave a Reply