İş təkliflərinin dəyərləndirilməsi
Avqust 20, 2008
İş təklifi almaq iş axtarışı prosesinin ən yüksək nöqtəsidir. Bu, müvəffəqiyyətin və məqsədyönlülüyün simvolu olmaqla bərabər, həm də çoxlu namizədlər arasından seçildiyi üçün insanda qürur hissi yaradır.
Demək olar ki, əksər adamların iş təklifini qiymətləndirməkçün istifadə etdiyi kriteyalar eynidir. Fərqli olan isə peşə seçərkən nəzərə alınması vacib olan faktorların kimin üçün nə dərəcədə əhəmiyyətli olmasıdır. İş təklifinin qəbul edilməsinə təsir edən beş faktor var:
1.İşin təbiəti / vəzifələri. İş təklifi haqqında düşünərkən özünüzə verəcəyiniz birinci sual belə olmalıdır: “Burada işləmək mənim xoşuma gələcəkmi?” Bu suala ciddi düşündükdən sonra cavab vermək lazımdır. Çünki ürəyinizcə olmayan iş təklifini qəbul etmək narazılığın və uğursuzluğun bünövrəsini qoymaq deməkdir. Yüksək gəlirli işlər istisna olmaqla siz yəqin ki, heç vaxt ürəyinizə yatmayan işdə çalışmağa razılıq verməzsiz. Cavab veməzdən əvvəl işlə bağlı bütün məqamlara(iş saatları, gündəlik vəzifələr, işgüzar səfərlər, sənədlərə iş və s.) aydınlıq gətirin. Read the rest of this entry »
Siz də nəsə bir zad istəyirsiz, hə?
Avqust 5, 2008
O gün oturmuşdum evdə. Nəsə birdən xətrim dondurma istədi. Belə yağlı bir plombir. Amma sonra yadıma bir şey düşdü. Hə, deyəsən, mənim boğazım hələ sağalmıyıb axı. Amma istəmişdim… İstədim… İstəmək… Bu “istəmək” ki var, yaman şeydi. Hamı nəsə istəyir, hamı həm istəyir, həm də istəməyi istəyir. İndi görün millətimiz nələri istəyir. Read the rest of this entry »






