Vurulmalı yoluxmuşlar
Dərdimiz var, dərdimiz böyükdü. Baba Pünhan demişkən:”Bakının dərdi var, Bakı xəstədi”. Dünən belə bir xəbərə rast gəldim: Son zamanlar ölkəmizdə ilan vurmanın sayı artıb. 37-dən 43-ə qədər səhv eləmirəmsə. Görəsən, vursa bizi ilan…… ayılarıq? Axı biz yatan millətik.
Yox, məncə. Biz ilan vurmaqla düzələn deyilik. BƏLKƏ, mənliyimiz, vicdanımız bizə şillə vursa ayılarıq. Quru şillədən də bir şey çıxmır hərdən. Gərək isladasan(kinolarda olure, yatan adamın üstünə su töküb oyadırlar) şilləni. Vay o gündən ki, şillə vurub üstündən üzümüzə tüpürələr. Bu da sənə yaş-isladılmış şillə, soyuq duş.Dünən daha bir xəbərə rastladım: Gürcüstandakı azərbaycanlılar yoluxucu xəstəliyə tutulublar. Qısası yoluxublar. Çirkli sudan, deyəsən, hər nədən. Sözüm başqa. Həyatımız böyük bir çirkaba oxşayır. Biz onsuz da yoluxmuşuq. Nəyə? Deyim bilin. Monoton, mənasız, heç bir hədəfi olmayan həyat tərzinə, dar düşüncəyə, AVROPABAZLIĞA, ARVADBAZLIĞA, AMERİKAPƏRƏSTLİYƏ, bəziləri RUSPƏRƏSTLİYƏ.. Əlimizdə eliksirimiz də yox. Həm də yoluxdururuq, çün yoluxmuşlarıq. Nəyə? Yatmaq xəstəlıyinə. İlk baxışdan dediyim 2 xəbər bir-birinə oxşar deyil, bağlılıqları yoxdu. Amma dolayı yolla necə də bağlıdı bir-birinə – ilan vurmur, vicdan vurur; sudakı xəstəliyə yoluxmuruq, yatmağa yoluxuruq. Gərək kimsə o dediyim yaş şillədən vursun bizə. Eliksirimiz BƏLKƏ odu. BƏLKƏ şillə vurulandan sonra yoluxduğumuz xəstəlikdən sağalarıq, BƏLKƏ ayılarıq, bəlkə də ayılarıq meşədən çıxmış – vəhşi. BƏLKƏ! – Yarı yalan, yarı gerçək.

Loading...
Yox, məncə. Biz ilan vurmaqla düzələn deyilik
Bu fikirlə mən də razıyam, yazıları oxudum və düzgün nöqtələrə toxunmusan
Xetai-isayev - July 26, 2008 at 17:26
bizim yoluxmu$lara ilan zeheri tesir etmez.yoluxmu$lara baxib yoluxanlarin sayi da gunu gunden artir
Cox teessuf ki,yoluxanlarin boyuk bir devizleri vardir ‘MEN BOMBAYAM ‘ .kenardan ise bombaliq hec ne gorunmur,tam eksine zombilere ox$ayirlar.Ve ya bele demek isteyirem ki,sadece insanlarda manqurdla$ma prosesi gedir
SEFIR@Y10 - August 22, 2008 at 20:56
Mende yazilanlarnan raziyam. Yaqin onlarinda alin yazilari bele imish hec kim deye bilmez saba ne olacaq bekede onlarda bunu istemezdiler.
Masanka - September 9, 2008 at 12:46
Her kesin heyati oz elindedi. Isteseler deyise bilerler heyatlarin,amma…
turalfot - September 10, 2008 at 02:29
ama istemirler niye?
Masanka - September 10, 2008 at 13:03
Cunki qanimiza hopub
turalfot - September 10, 2008 at 13:48
ilan vurmaqla eger adam duzelseydi indiyene kimi zeherden qurtulanlarin choxu choxdan duzelerdi.bizi eqreb de vursa chetin meseledir.problem ise ichimizde olan zeherdir,simasizliq.bax ele buna gore de o zeherlere de kafa tuta bilirik.dozumlu xalqiq ne edek,zeherlere de dozuruk..Ilandan guclu zeher muelliflerimiz olub tarixboyunca ne olub,duzelmishik,belke de ayilmishiq?!
Sabir burada yaxshi deyib_ses salma yatanlar ayilar qoy hele yatsin
yatmishlari razi deyilem kimse oyatsin
tek-tek ayilan varsa da haqq dadima chatsin…
moonFlower - October 7, 2008 at 20:08
Masanka, cox isteyirler. Sadece onlar oz isteklerini bele derk edir, daha dogrusunu bele gorur. Ona gore de TuralFotun “amma”sina 3 noqte yox, noqte qoymaq olar. )))
asif eminov - October 8, 2008 at 00:24