Turalfot
Olmalı olanlara öyrəşməmişik, “HEÇ OLMASAlar” nə qədər çox olsa yaxşıdır

Çoxömürlülər

Əfsanələrə görə, gizli “ölümsüzlük eliksiri”ni tapıb onu içməklə uzun ömür sürmüş insanlar da olub. Mən fəxr edirəm ki, bu siyahıda Azərbaycanlı da var. Buyurun, bu da siyahı:

  • Yunan kahini və antik şairi Epimenud öz ömrünü 300 ilə qədər uzatmağı bacarmışdı.
  • Böyük Priniy əlyazmalarında 500 il yaşamış illiriyalı kişidən bəhs edilir.
  • Yepiskop Alen de Lipse 1218-ci ildə 89 yaşında ikən bir suyu içməklə ömrünü 70 il uzatmışdı.
  • 1680-1933-cü illərdə yaşamış Li Çunyun 254 yaşına kimi yaşamış və 24 dəfə evlənmişdi.
  • Azərbaycanda, Lənkəran rayon sakini Şirəli Müslümov (1805-1973) 168 il yaşamaqla keçmiş SSRİ-də rekord göstəricisi vurmuşdu və bütün Sovetlər İttifaqı bu faktla fəxr edirdi.
  • Çinin adi kəndli qadını Lo Masenin 1990-cı ildə 130 yaşı tamam olmuşdu. O, 200 il yaşamağı qarşısına məqsəd qoysa da, 134 yaşında vəfat etmişdi. Ömrünün son 62 ilini o, aktiv həyat tərzi keçirmişdi, tütün çəkir və gündə 2 stəkan düyü arağı içirdi. Qadın məhz bu düyü arağını “cavanlıq eliksiri” adlandırırdı. Bu adi araq deyildi. Onun tərkibi çox mürəkkəbdir. İçində 40-a yaxın ot və bitki, qurudulmuş mineral, ilan və kərtənkələnin müxtəlif orqanları var.
  • Roma papası Bonifasiyanın şəxsi həkimi “ölümsüzlük eliksiri”nin resepti barədə belə yazmışdı: “Siz əbədi yaşayacaqsınız”. Onun resepti isə tərkibinə görə çox maraqlıdır: “Qızıl, mirvari, sapfir və zümrüdü toz halına salıb qarışdirin. Bura rubin, topaz, korall, fil sümüyü, səndəl ağacı, əzvay kökü, müşk, ənbər və mütləq maral ürəyi əlavə edilməlididir. Bu sehirli eliksirdən müəyyən miqdarda qəbul etməklə 200-300 il yaşamaq mümkündür.
  • Görücü Artur Klark insanın ölümsüzlüyə qovuşacağı tarixi əvvəlcədən görüb: 2090-cı il.
  • Hal-hazırda uzunömürlülük göstəriciləri o qədər də ürəkaçan deyil. İnsanlar 80-90 yaşında ölənlərə bəxtəvərlik verirlər. Müasir insanları, deyəsən, ölümsüzlüyə qovuşmaq, sağlam orqanizmə sahib olub, uzun ömür sürmək az maraqlandırır.

7 Responses to “Çoxömürlülər”

  1. Hmm…cox maraqlidir,cox sag ol!
    O cinli qadinin icdiyi araqdan ele mende icsem yax$i olar,he$erat dadina baxmaq maraqli olar :-)
    Roma papasinin hekimi deli olub.onun dediyini hazirlayinca ele adamin ureyi partlayar oler :-*
    Men uzun omurlu olmaq istemezdim.Qoy ALLAH veren qeder normal heyat surum bu besimdir.

  2. Hekimin reseptine bax e, chatishmayan 4-5 karatliq brilliantdir, o da olsa lap yerine dusher

  3. Azerbaycanda orta omur kishiler ucun 55-60, qadinlar ucun ise 60-65dir. (zennimce). 2090ci ile ise insanlarin “olumsuzluyu” qazanacagina inanmaq olar. Amma Bu “olumsuzluk” de 200-250den artiq olmaz mence. Ve bashqa deli-deli fikirlerimi burda yandirmaq istemirem. Qalsin bashqa mekana, bashqa zamana. Posta gore teshekkurler.

  4. Asif, eslinde insan skeleti ele yaradilib ki, insana 120 il yasamaga imkan verir, eger duzgun ve saglam heyat surse insanlar. Deli fikirlerini fikrine de forumunda ya da daha ciddi mekanlarda deye bilersen)))) meselen menim azeriblog blogumda

  5. Insanin bioloji omru 200-250 ile beraberdir. Eger her hansi insan bu omurden cox yashayirsa, demeli, onun genlerinde deysihiliklikler var. Yeni normal insandan ferqli. Hansi ki, qocaliq geni adlandiririq. Bezi deli fikirlerimi oz blogumda “elmi-kreativ muzakirede” yerleshdirmishem. Istesen sen de qoshul bize, ol deli. )))

  6. Hi…

    Looking for something else, but very fine site. All the best….


Leave a Reply