Artıq ölkəmizdə blog dalğası kifayət qədər genişlənib. Şəxsi kompyuteri olan insanlar, əsasən də gənclər özlərinə blog yaradırlar. Bu müsbət haldı. Fərqli insanların fərqli fikirlərini bilmək maraqlıdır mənə də hamı kimi. Amma çox təəssüf ki, yazılmış bir post haqqında yalnız yazarın fikrini bilirsən. Nədənsə xəsis bloggerlərimizin şərh yazmaqla arası yoxdu, deyəsən. Elə bil söz verirlər özlərinə ki, şərh yazmayacıq. Birdən həmin blogun hiti mənimkindən çox olar. Birdən mən onun postuna şərh yazaram, o mənimkinə yazmaz. Birdən yuxarı olar reytinqdə mənə nisbətdə.nBirdən oxucusu çox olar. Bilmirəm nədəndir, amma heç kim şərh yazmaq istəmir. Bəlkə də yazası sözləri yoxdur, bəlkə də deyəsi fikirləri yoxdu. Amma bəlkə. Bəlkələr çox ola bilər. Hər şey mümkündür. 2 aydır yaranmış blogumun hiti 300-ü keçsə də, cəmi 7 şərh var, onun da birini şərh saymaq olmaz. Bu tək məndə belə deyil. WordPress-də əksər Azərbaycan blogları da bu vəziyyətdədir. Təkcə Raufrayin blogundan başqa. Bunun da obyektiv və subyektiv səbəbləri var. Axı şərhsiz blogun nə ləzzəti var?! Əgər mövzulara fərqli fikir, əks arqument görmürüksə, fikir mübadiləsi yoxdusa, onda bloglar niyə internetdə yayımlanır, hərənin öz şəxsi gündəliyi kimi gizli qalsın da. Yəni ki, paylaşası zərrə qədər də olsa, fikrimiz yoxdur?! Cavab – bəlkə də. Yenə də bəlkə. Bəlkə də bəlkələr daha obyektiv yanaşma olardı. Nəysə, gəlin simicliyin daşını ataq,ay xəsis bloggerlər. Gəlin bir az aktiv olaq və virtual həyatımızı daha maraqlı edək!





Sənin blogun maraqlıdır, ama Ə hərfi problemi var, bu temada ə hərfi dördbucaq görünür , yaxşı temadı amma başka tema olsa daha yaxşı olar məncə hərflər düzgün oxunar..
Salam.bloglar duzdu yayiliblar inkisaf edirlerda.Buna tekan verende bildiyin kimi Ireliciler oldu.Amma qaldiki serh yazmaga senin blogun gerek taninsinki serh yazilsin.Senin blogun menim fikrimce hecde digerlerinnen geri qalmir.
Sherh uchun nese maraqli bir shey yazasan. yazi maraqsiz olanda ne sherh?
son 2 serhe bir cavab verirem. Mence dshboard menyusundan en aktiv blog ve postlari tapmaq olur. Men shexsen diger wordpress bloglarina az.wordpress.com sehifesinden daxil oluram,ordaki reytinqe esasen.
Qaldi ki,Qardash qardasin fikrine-Duz diyirsene,men en azi WordPress bloglarinin en aktivlerini gezmisem ve cox maraqli meqaleler gormusem. Amma heyif ki,hemin postlarda serh olmuyub, Ister hazir meqalelerde,isterse de ferdi meqalelerde
Yazınızı oxudum. Sizinlə razıyam ki, şərhsiz bloqçuluğun ləzəti yoxdur.))) Bloq elə ona görə maraqlıdır, çünki blog interaktivdir, burda birbaşa müəlliflə söhbət (virtual olsa da) etmək və digər oxucuların fikirlərini bilmək olar. Sizin “fəal olaq” çağırışınıza qoşulur və dəstəkləyirəm. Uğurlar sizə!
P.S. bloqumu ziyarət etdiyiniz üçün təşəkkür edirəm!
Hörmətlə, Ramin.
Yeqin ele buna gore de blogun adini——————Şərh yazmaqdan qorxmayanlar üçün————-qoymusan.amma bloguna soz ola bilmez:-)
He Sefir, ona gore ele qoymusam. Allah senden razi olsun, qoymursan bekar qalsin yazilar
DEYMEZ!menim ucun ancaq bele yerlerde yazmaq olsun