30 iyun – Azərbaycan sevgililərinin günü. Sevgililərin cibində öz izini qoyan daha bir gün. Amma bu gün də 14 fevral kimi mənim cibimə öz izini qoymadı. Onsuz da belə olub hər 14 fevral, 30 iyun. Bu cəhətdən cibim rahat nəfəs alsa da, hər dəfə 14 fevralda gənclərimizin əlində hədiyyə görəndə kənardan durub baxmaq istəyirəm özümə. Əlimdə hədiyyə görmək istəyirəm. Sonra fikirləşirəm ki, əşşi nə görəssən ki – dərddən saçları tökülmüş cavan bir oğlan. Hüseyn Cavidin bir sözü var:“Sevgisiz beyində əqrəblər gəzər”. 2005-ci ilin son günlərinə kimi əqrəblər oynaşırdı beynimdə. Həmin günlərdə tək-tək öldürdüm o əqrəbləri. Yaxın 2 ay içində 14 fevral oldu. Yenə kənardan baxmaq istədim əlimə, amma hiss etdim ki,yenə əlim boşdu,bu dəfə dolu ürəyimlə. Heç mənə tərəf əli dolu bir kəs də hiss eləmədim. Ancaq yenə də gülərüz gənclər görürdüm yanımda. Küçədə ya da başqa yerdə əlində gül dəstəsi olan cavanlar görəndə quruyub dil-damağıma yapışmış tüpürcəyimi güclə udub dərindən köks ötürürdüm içimdə. 2006-cı ilin 30 iyununda da eyni ssenari, eyni hisslər. Amma həmin hisslər yenidən yaranmağa başlayan əqrəbləri öldürməyə çalışırdı. Qarşıdan isə 2007-ci ilin 14 fevralı gəlirdi. Vəziyyət dəyişmişdi. Beynimin bir yarımkürəsində əqrəblər var idi, o birində təzəcə yağışdan çıxmış səhranın səssizliyi. Yenə kənardan başqalarını müşahidə edirdim. Artıq ilk əqrəbləri öldürdüyüm gündən yaşayırdım tək, tənha, qəmli ömrümü. Üzü divara ürəyim üstə yatdığım hər gecə, hər gecənin qulaqbatıran səssizliyinin hər anı mənə çox şeyi başa saldı. Amma müşahidə öz müşahidəsində idi. 4 ay keçdi. Yenə 30 iyun. Amma qəbul imtahanları bu 30 iyunda beynimdə tam hökmran əqrəb imperatorluğu yaratmışdı. Yeyirdilər beynimi. 30 iyunlar mənə daha çox təsəlli verir, çünki bu tarixlər nə dərs vaxtına düşürdü, nə də semestr. Az adam görəndə daha yaxşıdı. İmtahandan sonrakı həyatım yenə tək, qəmli, lakin daha üzü divara ürəyimüstə yox, üzü göylərə, fəqət yenə təəəək, yenə qəmli! Yenidən beynimdə ikitirəlik yaranmışdı. Dərdimə həmdəm gecələr yazdığım şeirlərim idi.
Və hələ də bitməyib qəbul imtahanından sonrakı ikitirəlik. Hələ də mübarizədəyəm əqrəblərlə. Amma əqrəblər mənə bilirsiz nə deyir? Onlar mənə deyirlər ki, biz yeni əqrəblərik. Yeni əqrəblərə qarşı köhnə hisslərlə mübarizə aparmaq olmaz. Mənsə hələ də köhnə mübarizəmdəyəm bu 30 iyunda da.





Ahaaaaa…EQREBLERE OLUMMMMMMMMMMMMMMMM!!! yax$i he$erat dermanlarindan sifari$ etmek lazimdir
NE OLAR ALLAHIM BELE OLMASINDA.
menim ureyimde ve ne de ki,beynimde eqreb yoxdur.14fevrali 100% teeeeeekkkk ,amma 30iyunda 100% tek olmayacam++++hediyye.hele iyunun 4-de varrrrrr.ehhhh…ozume teselli verirem deyesen
bo$ verin eqrebleri de,qemi de,kederi de!!!
dogrudanhaaaa,30 iyun ola-ola 14fevralda biye bu camaat ozune 2 qat ezab verir onu anlamiram.gul kimi ozumuzun MILLI SEVGILILER GUNU varda
…?????????????????????????????????