Şeytanın Duası
Buyurun, H.O.S.T – Alliance qrupunun üzvü QaraQandan Super bir məqalə – Şeytanın Duası
HOST Alliance
Qaraqan
Şeytanın duası
Bu məscidin çəkdiyi “ah” idi. Axır ki onu yada salan olmuşdu. Amma bu sevinc “ah”ı bir an içində qəm fəryadına çevrildi. Məscidin qonağı var idi. Amma bu qonağı məscid heç gözləmirdi. Qara uzun libasına bürünmüş qaranlıqdan seçilməyən bu simada qan rəngli iki göz parlayırdı. Bu şeytan idi.
Gecənin ən qaranlıq vaxtı idi. Bütün insanlar və qarışqalar öz yuvalarında yatırdılar. İnsansızlıqdan qapısını toz basmış məscid kimsəsiz küçələrin dərin qaranlığında, əbədi sükutunda tənhalıq yuxusunda idi. Qəribə bir bürkü var idi. Bu şəhərin yuxusunda qəribə bir hürkü var idi. Bu şəhər gündüzləri bərbəzəklə bəzənən, süslənən, daranan, gecələri isə bütün süni bəzəklərini çıxarıb yataqlarında uyuyan əsl simalarında eybəcər olan gözəlçələrə bənzəyirdi. Bu şəhər çirkin yağışdan sonra qalan gölməçələrə bənzəyirdi. Heç bir canlı bu dərin sükutu pozmağa cəsarət etməzdi. Amma cəsarətli bir kəs addım səsləri ilə bu sükutu pozdu. Qara libasına bürünmüş bu yad qaranlığa qarışaraq addımlayırdı. Qara uzun paltarı yer ilə sürünür, sanki bütün zülməti özü ilə dartıb aparırdı. Yavaşca məscidin qapısını açdı. Qapı tük ürpədici bir səs çıxardı.
Şeytan məscidin çirkli xalçasına,rəflərdəki toz basmış Qur’anlara, köhnə minbərə baxdı. Bu mənzərə onu dəhşətə gətirdi. Sonuncu dəfə məscidə girəndə yüzlərlə minlərlə müsəlman ona o qədər lənət yağdırmışdı ki, çıxış yolu tapmayıb özünü minarədən atmış və üç gün özünə gələ bilməmişdi. İndi isə boş məscidə baxır və yazığı gəlirdi. Düşmənlərinə yazığı gəlirdi. Bir az irəlilədi, üzünü Qibləyə tutdu və diz çökdü.O özü də bilmirdi nə edirdi. Amma əlacı yox idi. Əllərini açdı və duasına başladı.
“Bismilləhirrahmənirrahim”
“Ey uca və qüdrətli Allah, sənə dua etmədiyim 100000 il oldu. Özün bilirsən sənin rızan üçün necə darıxmışam. Keçmiş vaxtlar yadıma düşür.Cəbrayıl, Mikayıl, İsrafil, Əzrayıl yadıma düşür.
Sənə etdiyim ibadətlər yadıma düşür. Mən sənə hər kəsdən yaxın olmuşdum. Mən xoşbəxt idim. Sonra sən insanı yaratdın. Və mən günaha batdım. Böyük günaha. Məni oradan qovdun. Mənə Cəhənnəmi qismət etdin. Yox,mən tövbə etməyə gəlməmişəm. Sözümüz sözdür. Qiyamət gününə kimi insanları sənin yolundan çıxaracağıma söz vermişdim. Sən də mənə vaxt verdiyini söz vermişdin. Amma indi hər şey başqa cürdür. Əvvəllər mən insanları sənin yolundan çıxara bilirdim. İndi isə heç kəsi yoldan çıxara bilmirəm. Heç kəsi pis yola sala bilmirəm. Çünki insanlar özləri pis yola gedir. Mənə heç ehtiyacları yoxdur. Məni də üzən,kədərləndirən elə budur. Özümü çox lazımsız hiss edirəm. Heç bir işə yaramayan bir məxluq oldum. Həyatımın mənası insanları pis yola çəkmək idi. İndi isə həyatımın mənası itib. Yalvarıram uca Allah mənim bir duamı qəbul et. Yalvarıram dünyaya yaxşı insanlar gətir. Mən də onları yoldan çıxarmağa çalışım. Boş durmayım. Boş durmaqdan ürəyim partlayır. Yalvarıram dünyaya yaxşı insan gətir.”
Qara libaslı bu yad duasını bitirib, göz yaşlarını silib yavaş-yavaş addımlayıb məsciddən çıxdı.
Qara libası yer ilə sürünərək qaranlığa qarışdı və qara libaslı yad zülmətdə yox oldu
Loading...
gor ne gundeyik ki sheytan (Allah ona lenet elesin) bize dua edir
ayshan - July 18, 2008 at 05:12
$eytan meni yoldan cixara bilmeyib.cox super yazib.cox sag olun!
SEFIR@Y10 - August 17, 2008 at 00:06
salam sen hostcusan?
saleh - September 16, 2008 at 21:55
Slam Salehş Bloguma xos gelmisenş He men HOSTcuyamş Taniyan taniyirI)
turalfot - September 16, 2008 at 22:09
salam menem sen hostun formunda hos idealogiyas movzusun da yazi yazmisdin e o movzunu men acmisam hostcularin gorusmeyi yaxsi fikirdi eger senin bu movzuyla teze nse fikrin varsa forumda yazarsan menim mail mede yaza bilersen sagol
saleh - September 19, 2008 at 12:50
Hər şey qaranlıqdan başladı.
Boz kütlənin içində itib-batmış azadlığımızı xoşbəxtliyimizə qurban vermişdik.
Ətrafımızdakı məğlub olmuş insanlar bizim mübarizəmizə gülürdülər.
Biz də gülürdük onların acizliyinə.
Həyat MTV ekranlarından görünən kimi rəngarəng, insanlar diş pastası reklamlarındakı kimi xoşbəxt deyildi.
Hava zavod tüstülərinə, Od silahlara, Su qana dönmüşdü.
Torpaq isə mərmər parkların altında qalmışdı.
İnsanlar öz maskalarına çevrilmişdi.
Bütün vaxtımız boş keçirdi, amma heç nəyə də vaxtımız çatmırdı.
Gördüyümüz ədalətizlikləri içimizdə söyürdük.
Müasir gənclər inqubatorundan ölüm statistikasına doğru gedən bu yolda bizi pul, içki və seks gözləyirdi.
Amma biz cəsarət, xoşbəxtlik və sevgini seçdik.
Biz seçilmişliyi seçdik.
Paradoksları normaya, istisnaları qanuna çevirdik.
Dünyanı əksinə fırlatmaq üçün geriyə dönməyimiz bəsdir.
Xosrov Kərimov - October 22, 2008 at 20:17
hmmmmmmm
menasiz rezenans - December 5, 2008 at 21:45
H.O.S.T 4OX SUPERDI…genclerimiz de ele olsalar her wey yaxwi olar… emellerimiz gozel olsun ALLAH qarwisinda boynumuz bukuk olmasin…
Ayten - January 20, 2009 at 11:38
salamlar olsun host severlere.men host delisiyem.hostu cox beyenirem.sizdende 1 boyuk xahisim var mene hostun gorus gunleri ve birde koynekleri ne vaxt verileceyi barede lazimdi.H.O.S.T yekdi.meqalede eladi,soz ola bilmez….xahis edirem mene melumat verin………….
sevda - January 27, 2009 at 19:38
teze mahnilar var?
fidan - February 25, 2009 at 18:51
men sizin host yazisindaki daire ve ulduzun ne anlama geldiyini bilmek isteyirem
nezim - March 10, 2009 at 15:07
Nazim, dəqiqləşdirib ərtaflı yazaram
turalfot - March 10, 2009 at 20:47
Hostcuyam sadece siz hostcularin arasinda bir neferden cekinirem buna gorede Hostu gizlinde izleyirem.sizin aranizdaki bir nefer sizin icinizi yeyir.bunu tek men deyil bir coxlari duwunur.yaxsi yaxsi fikirlewin tapin onu.uzaqlawdirmayin sadece duzgunluyu bawa salin.caliwin ozunuze icinizdeki insanlara kemardan diqqet yetirin,o zaman o insanin kimliyini tapacagsiz.o insan size cox yaxindi…
_KabuS_ - March 26, 2009 at 20:21
Kabus, qrup üzvlərindən kimisə nəzərdə tutursan, yoxsa HOST pərəstişkarlarından birini?
turalfot - March 27, 2009 at 13:17
Chox menalidi…dogrudan gozlerim doldu…Qaraqan ve digerleri, siz dogrudan da dunyani deyiwdirmeye gelmisiz..men heyatimda bele dindar,dogrulari deyen qrup gormemiwem..yaxwi ki varsiz..ALLAH KOMEYINIZ OLSUN!!
Gunay - March 29, 2009 at 18:17
salam usaqlar mende hostcuyam ve hostun sozlerini tesdiqliyirem sumqayitdaki host qurupunda olmusdum amma o qurup anti hotlasdi deye qurup dagildi ve biz anti hostedlere dusmen olduq bu qurupun icine sonralar satanistler daxil oldu men buna gore cox eseblesirem butun sumqayidin divarlarin host yazmagla deyil bu cur insanlari aradan goturmey soymek lazimdi
azadhostcu - May 7, 2009 at 07:09
salam.bu dogurdan da felaketdi yeqin axiretin yaxinlasdigina isaredi.gunahlarimiz o qeder coxduki onlarin arasinda itib batmisiq.goresen vaxt catarmi bu gunahlardan azad olmaga?sag ol HOST biz gore bilmediklerimizi gormeye komek edirsen.unutduqlarimizi xatirladirsan.en azi dinleyenler sehvlerine gore utanir elbette bu utanc hissi olanlara aiddi.
bravegirl - May 28, 2009 at 11:43
Bağışlayın hər hansı bir işiniz varsa gözləyə bilərik eybi yox,amma bizi cavabsızda qoymayın.Şəms ərəb dilindən tərcümədə Günəş deməkdir.Bəli Qur`an-da Şəms surəsi vardır.Yəqin oxumusunuz.
Sizi doğmalarım kimi çox isteyirik. ALLAH yolunuzu açiq etsin, fealiyyetinizde uğurlar.
Qaranliqdan nura çıxmaq isteyirem
Eger çıxa bilsem çox sevinecem
Bunun üçün ALLAHIMA şükr edecem
Bilecem ki, düz yoldayam
Şeytanimi öldürecem.
İmza: Single Sun
ADLARİMİZ
Single Sun – Şəms
Little girl – Esmira
Ayka – Aygün
Brave – Nuranə
Brittle – Rəsmiyyə
shems - June 22, 2009 at 19:37
Cavabinizi gözlüyecem.
BYE BYE
shems - June 22, 2009 at 19:41
HEY USAQLAR MEN DE H.O.S.T-CUYAM.VE BUTUN H.O.S.T-CULARI SALAMLAYIRAM.
esmira - June 23, 2009 at 20:06
BIRDE BURADAN DEMEK ISTEYIREM KI,XOSU GELMEYEN INSANLAR BU SAYTA GIRMESIN.SONRA HAY SALIB H.O.S.T-U tehqir edirler.anti h.o.s.t-culaRI AXI BURA KIM BURAXIR?HEMDE YALANDAN DEM VURURLAR KI,MEN DE H.O.S.T.-CUYAM .NEYE LAZIMDIR YALADAN DEMEK?
imza”little girl”
esmira - June 23, 2009 at 20:12
maraqlananlarin nezerine!
H.O.S.T yazisindaki ULDUZ satanizmin eksini ifade edir.
esmira - June 23, 2009 at 20:15
Shems, blogumda xoş gördüm sizi.
Siz nə soruşduz ki, məndən cavab gözləyirsiz?
P.S. Mənasız sevgi şərhləriniz spam kimi dəyərləndirilib silindi
turalfot - June 26, 2009 at 14:59