Yeni körpülər istismara oktyabr-noyabr aylarında veriləcək

19 05 2008

                                                  20 yanvar körpüsü

Nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında tədbirlər planına əsasən, Bakıda ilk dəfə ikimərtəbəli yolun tikiləcəyi yer artıq dəqiqləşib. Hazırda bu layihənin maliyyələşdirilməsi məsələsi müzakirə olunur. Bu barədə «Avtoyolservis» açıq tipli Səhmdar Cəmiyyətinin avtomobil yollarının istismarı idarəsinin rəis müavini Şaban Hüşənov məlumat verib. Onun sözlərinə görə, artıq Bakıda nəqliyyatın təkmilləşdirilməsi planının ikinci əlavə hissəsi də hazırlanır.

Hazırda paytaxtda tikintisi davam etdirilən körpülərin isə bu ilin oktyabr-noyabr aylarında istismara veriləcəyi proqnozlaşdırılır. Read the rest of this entry »





IDK-nın növbəyi iclası

18 05 2008

                     18 may 2008 tarixində İrəli debat klubunun növbəti iclası oldu. Üzvlərin bəzilərinin gecikməsi iclasın 17 dəqiqə gec başlamasına səbəb oldu. İclası Araz bağırlı açdı,sonra digər həmsədr İmaməddin Quliyev də gəldi. İclas 1 saat çəkdi. İclasda kluba tətbiq ediləcək bal sistemi də azca müzakirə olundu. Digər məsələ başqa universitetlərə də koordinatorların təyin olunması idi. Bu iclasda İqtisad universitetinin hər 4 korpusuna və 1-ci, 2-ci növbələrə də koordinatorlar təyin olundu. Amma İrəlinin ofis meneceri Rasif Dünyamalıyev buna etirazını bildirərək,universitetlərdə irəlinin təmsilçilərinin olduğunu bildirdi. Sonda Karl-popper formatı üzrə son təlimin 2-ci gün saat 17:00-da olacağı bildirildi





8-ci km bazaraında yanğın baş vardi

18 05 2008

8-ci km-dəki yanğın

Bazarın geyim əşyaları və quru meyvələr satılan hissəsi tamamilə yanıb

Bu gecə saat 4-5 radələrində Nizami rayonundakı “8-ci km bazarı” kimi tanınan bazarın geyim əşyaları və quru meyvələr satılan hissəsində yanğın baş verib. Nəticədə adıçəkilən ərazi tamamilə yanıb. ANSPRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə fövqəladə hallar nazirliyinin 20 -dən çox yanğınsöndürən maşını gəlib. İlkin versiyaya görə yanğın bazar daxilində işləyən çayxanaların birində olan qaz balonunun sızması nəticəsində baş veib. Yanğın gecə vaxtı baş verdiyindən xöşbəxtlikdən xəsarət alan olmayıb. /ANS PRESS/





LAÇIN necə işğal edildi?!

18 05 2008

Qarabağ

Ermənistanla Azərbaycan arasında dəhliz olan Laçının işğal edilməməsi üçün tədbirlər 1989-cu ildən görülməyə başlamışdı

Laçın şəhəri Həkəri çayının sol sahilində, Yevlax-Naxçıvan yolunda, Ağdam dəmiryol stansiyasından 77 km cənub-qərbdə yerləşir. 1923-cü ilə qədər rayon Abdallar adlanıb. Əhalisinin sayı 58 229 nəfər (1992-ci il), ərazisi 1883 kv.km-dir. Mineral mənbələri və xromit mədənləri var.

Ermənistanla Azərbaycan arasında dəhliz olan Laçının işğal edilməməsi üçün tədbirlər 1989-cu ildən görülməyə başlamışdı. O vaxt artıq ermənilər Laçında bir neçə mülki şəxsi qətlə yetirmişdilər. Məhz buna görə, Laçın Rayon Polis Şöbəsinin nəzdində ilk Xüsusi Təyinatlı Milis Rotası yaradılır. O vaxt rotanın komandiri kapitan Rövşən Cavadov Laçın rayonunun Ermənistanla sərhəd kəndlərində azərbaycanlıları ermənilərin ehtimal edilən hücumundan qorumağa cavabdeh idi. Read the rest of this entry »





Dubayda dünyanın ən hündür qülləsi tikilir

17 05 2008

Dubay qülləsi

Hazırda 512 metr yüksəklikdə davam edən tikinti işləri 2008-ci ilin sonunda başa çatacaq

Dubayda yeni tikilən “Dubay bürcü” adlı qüllə dünyanın ən hündür qülləsi olacaq. Tikili eyni zamanda günəş şüalarını 500 metr hündürlükdən əks etdirən ilk bina olacaq. Hal-hazırda qüllədə 512 metr yüksəklikdə tikinti işləri davam edir. “Dubay bürcü” qülləsinin hündürlüyü 600 metrdir. Bu, Tayvanın Taypen qülləsindən 90 metr, Kanadanın Toronto şəhərindəki qüllədən isə 40 metr hündürdür. “Dubay qülləsi”nin yeganə rəqibi Amerikanın Şimali Dakota ştatında yerləşən Blançard şəhərindəki 628,8 metr hündürlüyü olan “KVLY/KTHİ” teleqülləsidir. Tikinti işləri 2008-ci ilin sonu başa çatacaq./ANSPRESS/





Neftin qiyməti 127 dolları keçib

17 05 2008

Neft birjas;

Bahalaşmaya Çində dizel yanacağına tələbatın artması təsir edib

Dünya bazarında neftin qiyməti 127 dolları keçib. Blumberq agentliyinin məlumatına görə, 1 gündə qara qızılın qiyməti 3 dollar qalxaraq 127 dollar 82 sentə çatıb. Bahalaşmaya Çində dizel yanacağına tələbatın artması təsir edib. Zəlzələdən sonra bu ölkədə elektrik çatışmazlığı səbəbində enerji stansiyalarının işləməsi üçün dizel yanacağı tələb olunur.
Dünyanın nüfuzlü investisiya şirkətlərindən olan «Goldman saks» ilin ilk yarımilliyi üçün neftin qiymət proqnozunu 141-ə qaldırıb. Xatırladaq ki, bundan əvvəl şirkət neftin 107 dollara qədər bahalaşacağını bildiririb. Bu dəfəki bahalaşmaya dolların ucuzlaşması da təsir edib.
İndi 1 avro 1 dollar 55 sentdən də baha dəyişdirilir. Qızılın unsiyasının qiyməti isə 900 dollara çatıb./ANS TV/