24-25 may 2008 tarixində 311 saylı orta məktəbdə keçirilən 3-cü Bakı açıq Street law formatı üzrə tələbələrarası debat turnirinin başa çatması ilə daha bir debat turnirini geridə qoyduq. Bu turnir dərs ili ərzində keçirilən formatından asılı olmayaraq 3-cü turnir idi. Turnirin başa çatması ilə İqtisad universitetinin təlim və hazırlıq prosesi də qurtardı. İqtisad universiteti turnirdə 3 komanda ilə – “Dollara Manat”, “Cosa Nostra” və “MTN” komandaları iə təmsil olunurdu.





Şərhlər