12.05.2008 tarixində İqtisad universitetinin 4-cü korpusunda debatın STREET LAW formatı üzrə ilk məşq keçirildi. Məşq saat 14:00-da başlamalıydı,amma 10-15 dəqiqə gecikdi.İlk bir saat məşqə gecikənlərə cəza tədbirlərinin seçilməsinə həsr olundu.Bu gələcək tədbirlər planı idi. Amma ilk 1 saatın belə sərf olunması mənfi cəhət idi. Daha sonra məşqcilər Amin Əliyev və Xanımana məşqə başladılar. Yeni format olduğundan hamıya maraqlı gəlirdi və bu fomatın Karl-Popper formatından bir sıra fərqləri var idi. Formatın əsasını təşkil edən arqumentlər izah lunduqdan sonra arqumentə aid oyun keçirildi. Debatçılar 3 qrupa bölündülər və müzakirə üçün mənım təklif etdiyim “Mətbuata senzura qoyulmalıdı” mövzusuna aid arqumentlər hazırlandı. 1-ci komandadan Elnur Həmidzadə,2-ci komandadan Tural Zeynalı və 3-cü komandadan mən – Tural Babayev öz mövqeyimizi müdafiə etdik. Sonda insan hüquqları haqqında danışıldı və növbəti məşqin sabah saat 13:30-da həmin məkanda olması qərara alındı
STREET LAW – ILK TRANING
12 05 2008Şərhlər : Leave a Comment »
Tags: arqument, Iqtisad, Karl-Popper, STREET LAW
Kateqoriyalar : Debat





Şərhlər