RSS

“Dünyanın mərkəzinə səyahət”

      Sentyabrın 1-dir. Kalendar üzrə 62 gün keçib. Gəlməyimdən 52 gün keçib. 52 həftənin 52 günü. Hələ qərar verə bilməmişəm vaxt tez keçir ya yox, gün tez çıxır ya yox, gec batır ya yox. Öyrəşmişəm. Səhər günəşdən tez dururam, evdəkilərdən də tez dururam, dost-tanışdan da tez dururam, axşam mülkidəki hamıdan tez yatıram. Fikirləşməyə çox vaxt olmur Read the rest of this entry »

 
Leave a comment

Posted by on Oktyabr 9, 2011 in Günü-gündən...

 

Tags: , , , ,

Yolum Milli Orduya tərəf…

Bloqum hərbi xidmətə getdiyimə görə müvəqqəti olaraq əhatə dairəsi xaricindədir.

Xahiş olunur, muğayat olun və aradabir baş çəkin.

Cooming soon…

 
4 Comments

Posted by on İyul 18, 2011 in Günü-gündən...

 

Tags: , , , ,

Magistr təhsili nə mənədi?!

Azərbaycanda çox şeyi dəyişməyən, elə də əhəmiyyəti olmayan qırmızı diplomla universiteti bitirdikdən sonra 26 iyun Silahlı qüvvələr günü təhsilimi davam etdirmək üçün magistr imtahanın ikinci mərhələsinə getdim. Nəticədə Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər ixtisasının qiyabi şöbəsinə dövlət sifarişi əsasında qəbul oldum. (Özümü təbrik edirəm J ) Artıq 4-cü kursun əvvəllərindən xəbərim var idi ki, bizdə magistr təhsili əslində boş bir şeydir. Bu məsələyə təzədən qayıdacam. Read the rest of this entry »

 
4 Comments

Posted by on İyul 17, 2011 in Yarı yalan yarı gerçək

 

Tags: , , , , , , , , , , ,

“Kaybedenler Kulübü”ndən seçdiklərim

Dünən son günlər haqqında çox danışılan Türkiyə istehsalı olan “Kaybedenler kulübü” filminə baxdım. Bir cümləylə onu deyim ki, radio aparıcılarının verilişləri reytinqdə birinci olmasına baxmayaraq sərbəstliklərini əldən verməmək üçün maaş qəbul eləməmələri xoşuma gəldi.

Əsasən filmlərdən hikmətli ifadələri seçib çıxartmağa çalışırlar. Mənsə sizinlə, ümumiyyətlə, filmdə bəyəndiyim həm hikmətli, həm də gülməli olan məqamları bölüşməyi düşünürəm. Buyurun, bunlar da mənə ən çox ləzət edən ifadələr: Read the rest of this entry »

 
5 Comments

Posted by on İyun 24, 2011 in Maraqsız nəsə

 

Tags: , , , , , , , ,

Türkiyə hay-küyü buralarda

Deyirlər mövzuya birbaşa keçməmişdən əvvəlcə mövzunu sığallıyarlar. Ya da boş verin, belə deyən heç kəsi tanımıram, özümdən dedim. Öz fikrimlə razıyam, amma keçirəm bu məsələdən. Türkiyədəki parlament seçkilərindən yazacam. Həmin sığallamaya əsasən deyə bilərəm ki, Türkiyədə bu qədər türkçü-turançı, millətçi-milliyyətçi olduğu halda MHP-nin bir bölgədə qalib gəlməsi məni təəccübləndirdi. Deməli, MHP xalqın istədiyi kimi bir milliyyətçi deyil. Bitərəf namizədlərlə 3-4 bölgədə qalib gələn kürdlər də məni təəccübləndirdi. Bunlar öz yerində, mətləb başqadı, həmişəki kimi üz tuturam canım-gözüm cəmiyyətimə. Read the rest of this entry »

 
2 Comments

Posted by on İyun 14, 2011 in Xəbərlər, Yarı yalan yarı gerçək

 

Tags: , , , , , , , , , , , , ,

Eurovision 2011 həqiqəti

Əvvəl düşünmüşdüm ki, Eurovision haqqında uzun bir şey yazım qurtarandan sonra. Amma fikrimi dəyişib ortada gəzən və gəzəcək olan söz-söhbətləri eşitmək üçün gözlədim bir az. İndi daha qısa və konkret yazmaq fikrim var. Razıyam ki, yazının adındakı “həqiqət” sözü bir az şişirdilmiş görsənir, amma neynək, belə qalsın.

Qalibiyyət xəbəri rəsmi elan olunan kimi ürək bulandıran söhbətlər başladı – satılıb! bah.. yaxşı görək?! Əvvəlki illərdə də belə deyilirdi də: “Əşşi Safuraya o qədər xərc çəkilib, alıblar yəqinki” filan tipli. Alıblar? Lap əcəb eləyiblər. Bu qələbəyə qədər Azərbaycanı tanıyan avropalı ya idman yarışlarından “Azərbaycan futbol oynaya bilmir, outsiderdi. Azərbaycan güləşdə favoritdi. Teymur Rəcəbəv azərbaycanlıdı. Azərreyl Azərbaycanın voleybol klubudu. Azərbaycan zəngin-neft qaz ölkəsidir.” tipli fikirlərlə hansısa sahə üzrə tanıyırdı, ya da heç tanımırdı. Məhz Eurovision qələbəsi sayəsində sıravi avropalı da Azərbaycanı tanıdı. Başqa vaxt “Azərbaycanı xaricdə tanımırlar” deyib kinayə edən sizlər deyildiz?! Baxın indi, həmin gün Tvitterdə yazılan hər 10 tvitdən 4-ü Azərbaycan sözü idi. Hələ biri yazır ki, Eurovision Avropanın vacib mədənni hadisəsi deyil. Biri deyir, bacarırlar Kann festivalında qələbə qazansınlar. Amma həqiqət odur ki, Azərbaycan Kann festivalında qələbə qazansa belə bu ancaq kino dünyasında səs salacaq (Kann festivalının möhtəşəmliyinə şübhə etmirəm, ora gedib çıxmağı bacarmaq lazımdır, o ayrı söhbət), amma Eurovisionun yaratdığı qədər Azərbaycan haqqında səs-küy yaratmayacaqdı.

Amma bütün bunlrın fonunda məni məyus edən bircə şey var. Azərbaycan Eurovisionda öz mədəniyyətinin bir hissəsi olan musiqi ilə qələbə qazanmadı. Xarici bəstəkərın yazdığı mahnı qalib gəldi. Qısası, Azərbaycan musiqisi deyildi Avropada birinci olan. Halbuki Gövhər Həsənzadənin “Day after day” mahnısıni bütün digər Eurovision mahnılarımızdan üstün tuturam. Fikrimcə bəstəkar mahnısıyla beatmakerin yazdığı arasında fərq böyük ölçüdə 1-cinin tərəfindədi.

Eurovisionla bağlı son sözüm odur ki, dünyada iqtisadiyyatın belə vaxtında heç bir dəli Eurovisionu 2-ci dəfə qazanmaq istəməz. Düşünürəm ki, buna görə də, Bakıdakı Eurovisionda təmsilçimizin daha çox milli çalarları bol olan mahnı, səhnə şousu ilə səhnəyə çıxması daha məqsədəuyğun olardı. Bəstəkar da, sözsüz ki, özümüzünkü.

Daha sonrakı illər, hardasa 3-4 il Eurovisionda yüksək nəticəyə iddia etməyə ehtiyac görmürəm.

Bu qədər. Di salamat qalın.

Yarı yalan yarı gerçək!!!

 
Leave a comment

Posted by on May 26, 2011 in Yarı yalan yarı gerçək

 

Tags: , , , , , , , , , ,

 
Follow

Get every new post delivered to your Inbox.